Mesaj
İnqilab Rəhbərindən briqada generalı Əlirza Əfşarın vəfatı ilə bağlı başsağlığı
Ayətullah Xamenei mesajında mərhum mücahid general Əlirza Əfşarın vəfatı ilə bağlı dostlarına, ailəsinə və həmkarlarına başsağlığı verib. İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
İslam İnqilabının öncüllərindən və ilk illərində Quruculuq Cihadının yüksək səviyyəli müdirlərindən biri olmuş mərhum mücahid general (Allah ona rəhmət etsin) cənab Əlirza Əfşarın vəfatı ilə əlaqədar ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verirəm. Uca Allahdan onun üçün İlahi mükafat və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
18.10.2025
18/10/2025

