İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin təşkil etdiyi bu mərasimdə Höccətül-İslam vəl-müslimin Təbatəbai Nejad çıxış edərək Qurani-Kərimin ayələrinə istinadla Allah yolunun mücahidlərinin vəzifələrini Allahın düşmənləri qarşısında möhkəm dayanmaq, Allahın qüdrətinə və yardımına etimad göstərmək, İlahi çərçivələrə riayət etmək, vəhdəti qorumaq, ixtilaf və parçalanmadan çəkinmək, həmçinin çətinliklər qarşısında səbirli olmaq kimi dəyərləndirdi. O dedi: Güclü İlahi iman müqavimət ruhiyyəsi yaradır. Necə ki, mömin İran xalqı öz imanına arxalanaraq böyük güclərin qarşısında dayandı və onları məğlub etdi.
Mərasimdə, həmçinin cənab Mehdi Səmavati təvəssül duasını oxudu, cənab Məhəmmədrza Bəzri isə müsibət zikri etdi və növhələr səsləndirdi.
25/06/2026

































