Yeniyetmə və gənc Yeniyetmə və gənc

Bir Məmillətin əsli iqtidar amili

Öz canlarından keçməyə hazır olan gənclər bir millətin ən əhəmiyyətli iqtidar amilləridir və bunları meydandan çıxarmaq olmaz. Onları meydandan çıxardıqda bəzi ölkələrdə baş verən hadisələr qabağa gələcəkdir. Eynilə Suriya kimi olacaqdır, hərc-mərclik baş verəcək və torpaq yadlar tərəfindən işğala məruz qalacaq.

07/02/2025

Quran sayəsində ölkənin əzəməti

Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.

28/11/2024

Gənc və uşaqları mütaliəyə alışdırın

Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.

27/11/2024

Gənclərdə ümidvarlıq yaradın

Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.

25/05/2024

Gənclərdə ümidvarlıq yaradın

Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.

11/05/2024

Birlikdə yola gedin və bir-birinizə qarşı sədaqətli olun

Gənc cütlüklərin şirin ömür sürməsi üçün dua edirəm. Birlikdə yola gedin, səfa və sədaqətiniz olsun ki, həyatınız şirin olsun.

21/06/2023

Əziz qızlarıma tövsiyəm

Siz yeniyetmə və əziz qızlarıma nəsihət etmək istədiyim məsələ Allahla dost olmağınızdır. Çalışın elə yeniyetmə çağından etibarən mehriban Allahla dost olasınız. Allahla dost olmağın yollarından biri namazda onunla danışmağınızdır. Diqqət edin ki, Allahla söhbət edirsiniz, onunla danışırsınız. Namazın sözlərinin mənalarını öyrənin, "Həmd" və "İxlas" surəsinin, ruku və səcdədə dediklərinizin tərcüməsini böyüklərinizdən və müəllimlərinizdən öyrənin.

31/05/2023

Uşaq əsərlərinin hazırlanmasında həm kəmiyyəti, həm də keyfiyyəti artırın

  Uşaqlara gəldikdə isə, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından bacardığınız qədər çalışın, yəni bacardığınız qədər yeniyetmələri cəzb etməyə çalışın. Hətta indinin özündə belə, uşaqlarla bağlı bu xarici hekayələr uşaqlara aid olan başqa məsələlərin hamısına nisbətdə üstünlük təşkil edir. Bu, çox böyük bir eyibdir.

17/05/2023

Şagird iranlı olmağı ilə fəxr etməlidir

Bu ölkənin övladlarında iranlı olmaq, İslami və milli kimlik hissini dirçəltmək siz əziz və möhtərəm müəllimlərdən olan gözləntilərdən biridir. Dil məsələsi mühümdür, milliyyət məsələsi mühümdür, bayraq məsələsi mühümdür. (Şagird) Gərək ürək bağlasın. Bunlar zəruri və əsas məsələlərdir. Gərək bu agahlıq, milli kimlik və şəxsi kimlik ilə tanışlığı şagirddə dirçəldəsiniz. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir.

13/05/2023

Müəllim-şagird münasibətləri

  Müəllim şagirdə öz övladı kimi baxmalıdır. Siz müəllimlər oğul və qızlarınız üçün nə arzularınız varsa, şagirdləriniz üçün də eyni şeyləri istəyin.

02/05/2023

İranlı gənclər dünyada dəyişiklik yarada biləcək şəxslərdir

Dünya dəyişiklik halındadır. Bu dəyişikliyi kim yaradır? Düşünən beyinlər, fəal insanlar, böyük işlərlə məşğul olanlar bu dəyişikliyi yaradırlar. Siz gənclər sabahın o dəyişikliyini yarada biləcək şəxslərsiniz.

17/04/2023

Müqavimət iksiri

Müqavimət ruhiyyəsi uşaqlıqdan aşılanmalıdır. Ona görə də bu ruhiyyə məktəb illərindən uşaqlarda köklənməlidir. Bu işdə müəllimlərin əziyyəti olsa da, əsas məsuliyyət Təhsil Nazirliyinin öhdəsinə düşür.

18/03/2023

Müqavimət iksiri

Müqavimət ruhiyyəsi uşaqlıqdan aşılanmalıdır. Ona görə də bu ruhiyyə məktəb illərindən uşaqlarda köklənməlidir. Bu işdə müəllimlərin əziyyəti olsa da, əsas məsuliyyət Təhsil Nazirliyinin öhdəsinə düşür.

18/03/2023

Yeniyetmə yaşından Allahla dostlaşın

Əziz qızlarım, sizə məsləhət görürəm ki, yeniyetməlik illərindən mehriban olan Allahla dost olun. Allahla dostluq necə olur? Allahla dost olmağın yollarından biri də namaz qılanda Allahla danışdığınızı diqqətə almağınızdır. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 03.02.2023

04/02/2023

Gənclərdə cihad ruhiyyəsi və onlara güvən

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin əkinçilərlə görüşündəki çıxışı

30/11/2022

Yeniyetmələrdə təhlil qabiliyyəti düşmən planlarını alt-üst edir

Ayətullah Xameneinin 4 noyabr "Məktəbli şagirdlər" və "Beynəlxalq hegemonluqla mübarizə günü" ndə məktəbli şagirdlərlə görüşündəki çıxışı

30/11/2022

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı  

29/11/2022

Şücaət medalı

Siz həyatda şücaət və özünəinamla hərəkət etməlisiniz. Bu şücaət və özünəinam halı Allahla olan bağlılıqdan ələ gəlir.

12/12/2016