Zəncan şəhərindəki "Hüseyniyyeye-Əzəm"də ölkənin müxtəlif vilayətlərindən 80 şairin və qonşu ölkələrdən bir qrup şairin iştirakı ilə "Şəhid Ağa" adlı beynəlxalq şeir gecəsi keçirilib. Bu ədəbi məclisdə 25 şair İnqilabın şəhid Rəhbərindən ayrılığın kədərini ifadə edən şeirlərini səsləndirib.
15/10/2026
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İnqilabın Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı tətbiq olunmuş birinci müharibənin ilk günlərinin ildönümü və İran xalqının səkkizillik, unudulmaz Müqəddəs Müdafiə günləri münasibətilə yayımladığı müraciətində dünya hegemonlarının İnqilabın ilk onilliyində müharibəni İrana tətbiq etməklə ölkəni gerilik, zillət və xarlıq, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğuladı: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha qüdrətli və daha güclü şəkildə, daha gur səslə və daha uca qanad çalaraq, Simurq quşu kimi yenidən ucaldı. Bu, sonrakı düşmənlərin yaratdığı hadisələr zamanı da həmin sistemin dəyişməz xüsusiyyətinə çevrildi. İndi isə həmin Simurq düşmənin, xüsusilə də son iki tətbiq olunmuş müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi, hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman sərkərdəsi və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü yad edərək, Livan Hizbullahının baş katibi cənab Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin müqavimətini və Aşura ruhiyyəli mübarizəsini yüksək qiymətləndirərək qeyd etdi: Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əzəmətli və qürurverici, sionist düşmənin qarşısında isə ümidlərini dünya hegemonlarına və öz bədxahlarının yalan vədlərinə bağlayanlar üçün zillət gətirən və nəhayət, onları rüsvay edən günlərdir. İnqilabın Ali Rəhbərinin müraciətinin mətni belədir:
28/09/2026
Həzrət Ayətullah Seyid Müctəba Xamenei yayımladığı müraciətdə İran və İraq xalqının "İranın şəhid Ağası"nın dəfn mərasimində on milyonlarla insanla iştirakına səmimi təşəkkür edərək, ümmətin şəhid İmamına xitabən vurğuladılar: "Sənin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar və abırsız qatillərdən alacağımıza dair əhd bağlayırıq. Bu qisas xalqımızın tələbidir və mütləq həyata keçirilməlidir. Əvvəldən axıra qədər siyahıları mövcud olan bu cinayətkarlar rahat və yataqda ölmək arzusunu özləri ilə məzara aparacaqlar." İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni aşağıdakı kimidir:
11/07/2026
O, uzun illər ömrünü müxtəlif mədəni, təbliğat sahələrində xidmətə və Xarici İşlər Nazirliyində məsul vəzifələrə həsr etmiş, eyni zamanda müasir idraki elmlər sahəsində fəaliyyət göstərmiş və Xarici Əlaqələr üzrə Strateji Şurada mühüm rol oynamışdır.
10/04/2026
İnqilabın şəhid İmamı İran xalqının hamısını öz əziz övladları hesab edir və daim onlar üçün dua edirdi.
10/04/2026
Təngistanın igid oğlu, İran əsgəri və İslam keşikçisi
30/03/2026
Xübrəqan Məclisi geniş və dəqiq araşdırmalardan sonra, Konstitusiyanın 108-ci maddəsini rəhbər tutaraq, şəri vəzifəyə əsasən və özünü Allah-təala qarşısında məsul bilərək, bugünkü fövqəladə iclasda hörmətli nümayəndələrin qəti səsi ilə Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) həzrətlərini İran İslam Respublikasının müqəddəs quruluşunun üçüncü rəhbəri kimi seçir və təqdim edir.
08/03/2026
1447 h.q. ilinin Mübarək Ramazan ayının on biri Şəfəqnanın xəbərinə görə müraciətin mətni belədir:
01/03/2026
İslam İnqilabı Rəhbərinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət məclisi mübarək Ramazan ayının ilk günündə baş tutdu Qurani-Kərimlə ünsiyyət məclisi İslam İnqilabı Rəhbərinin və Quranın seçilmiş, eləcə də beynəlxalq səviyyəli ustad və qarilərindən bir qrupun iştirakı ilə bu gün axşam tərəfi İmam Xomeyni hüseyniyyəsində keçirildi. Həzrət Ayətullah Xamenei bu Quran məclisində səsləndirilən tilavətlərin yüksək səviyyəsinə görə təşəkkür və minnətdarlığını bildirdi. 19.02.2026
19/02/2026