"Şəhid Ağa" adlı beynəlxalq şeir gecəsi Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı və Vəliyyi-Fəqihin Zəncan vilayətindəki nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub. Mərasim Hafiz Şirazinin anım gününə və Ali Rəhbərin Zəncana etdiyi tarixi və bərəkətli səfərin ildönümünə təsadüf edib. Tədbir Əhli-beyt İsmət və Təharətə (ə) böyük sevgi və ehtiramın hakim olduğu, coşğu və mənəviyyatla dolu bir şəraitdə keçirilib.
Bu mədəni və ədəbi məclisdə Zəncan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindən olan görkəmli azərbaycandilli şairlər də daxil olmaqla, 80 şair və ədib iştirak edib. Həmçinin Azərbaycan Respublikası, Gürcüstan və İraqdan olan şairlər də mərasimdə iştirak etməklə və ya öz əsərlərini göndərməklə bu beynəlxalq tədbirə qatılıblar.
İnqilabın şəhid Rəhbərindən ayrılığın kədərini ifadə edən 25 şairin şeirlərini səsləndirməsi mərasimin ən diqqətçəkən və təsirli hissələrindən biri olub. Həsrət, ehtiram, sədaqət və İslam İnqilabının ideallarına bağlılığı yeniləmək mövzularını əhatə edən bu şeirlər Zəncanın Hüseyniyyeye-Əzəmini duyğu və mənəviyyatla doldurub.
Bu şeir gecəsinin xüsusi və təsirli məqamlarından biri də illər boyu Həzrət Ağanın hüzurunda şeir oxumağı arzulayan, lakin bu arzularını gerçəkləşdirmək imkanı əldə etməyən şairlərin iştirakı olub. Bir vaxtlar İnqilabın şəhid Rəhbərinin hüzurunda öz şeirlərini oxumağı arzulayan bu şairlər bu dəfə onun adı və xatirəsinə həsr olunmuş bir məclisdə bir araya gəliblər. Onlar bir zamanlar Həzrət Ağanın hüzurunda oxumağı arzuladıqları şeirləri bu dəfə həmin şəhid Rəhbərdən ayrılığın kədəri ilə səsləndiriblər. Bu anlar ədəbi tədbirin ən duyğulu və yadda qalan məqamlarından olub.
Mərasimdə Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayət Vəliyyi-Fəqihin nümayəndələri, eləcə də Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri iştirak etdilər. Bu iştirak tədbirin regional sərhədləri aşan əhəmiyyətini, eləcə də ortaq sivilizasiya və mədəniyyət məkanına daxil olan ölkələrin şairləri və ziyalıları arasında mədəni, ədəbi və dini əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğuladı.
Məclisin xüsusi tərtibatı da İnqilabın şəhid Rəhbərinin şairlərlə keçirdiyi səmimi və mənəvi görüşləri xatırladacaq şəkildə hazırlanmışdı. Həmin görüşlər həmişə şeirin, düşüncənin, imanın və İslam İnqilabının dəyərlərinin bir araya gəlməsi üçün fürsət hesab olunurdu.
Bu şeir gecəsinin əvvəllər Amerika və sionist rejimin hücumlarına məruz qalmış Zəncanın Hüseyniyyeye-Əzəmində keçirilməsi tədbirə rəmzi məna qazandırıb. İştirakçı şairlər şeir dili ilə İnqilabın şəhid Rəhbərinin xatirəsini yad etməklə yanaşı, Əhli-beytə (ə) və İslam İnqilabının ideallarına olan ehtiramlarını ifadə etdilər.
"Şəhid Ağa" adlı beynəlxalq şeir gecəsində Azərbaycan və fars dilində şeirlərin səsləndirilməsi şairlərin coğrafi sərhədləri aşan həmrəyliyinin və birliyinin təcəssümü oldu. Bu məclisdə İnqilabın şəhid Rəhbərinin hüzurunda şeir oxumaqla bağlı çoxdankı arzu bu dəfə həsrət və ayrılıq duyğuları ilə dolu şeirlər vasitəsilə yenidən səslənib və onun xatirəsi yad edilib.
15/10/2026





