Vədə olunmuş Məhdinin zühurundan əvvəlki mübarizə meydanlarında pak insanlar imtahan olunur, sınaq meydanlarına daxil olurlar və oradan başıuca çıxırlar.
06/02/2026
Bəqiyyətullah, yəni Allahın sizin üçün saxladığı şey. Bu, bəşəriyyət üçün bir ehtiyat, tarix üçün isə bir xəzinədir. Seyid Əli Xamenei 11.05.2017
05/02/2026
Nimeyi-Şaban bayramı tarix boyu bütün bəşəriyyətin arzularının çiçəkləndiyi gündür.
05/02/2026
İmamların mövlud bayramlarında biz keçmişi ehtiramla yad edirik, amma Nimeyi-Şaban bayramında bütün baxışlar gələcəyə yönəlir. Yəni bu baxış özü ilə iki şeyi daşıyır: biri ümid, digəri isə səy. Ən ağır çətinlik və sıxıntılar içində olan qəlbləri iztirablı insanlar gözləri önündə nurlu və cənnətvari bir dünyaya açılan parlaq və işıqlı bir pəncərə görürlər və gələcəyə ümid bəsləyirlər. Seyid Əli Xamenei 02.06.2015
04/02/2026
Peyğəmbər insanları hərəkət və qiyama çağırdı. Allah üçün edilən qiyam bəşər həyatının bütün şəraitlərində təsirli və faydalıdır. Seyid Əli Xamenei 24.09.2003
23/01/2026
Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri. Seyid Əli Xamenei 25.06.2024
03/01/2026
(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu. Seyid Əli Xamenei 27.12.1997
03/01/2026
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır. Seyid Əli Xamenei 29.12.2007
03/01/2026
Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi. Seyid Əli Xamenei 22.06.1984
03/01/2026
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi. Seyid Əli Xamenei 31.12.1999
03/01/2026
İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi. Seyid Əli Xamenei 08.09.1983
02/01/2026
İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi. Seyid Əli Xamenei 17.08.1985
31/12/2025