Valideynlərinizi sevin və bu sevgini onlara bildirin, onlara hörmət və itaət edin. Seyid Əli Xamenei 09.05.2007
02/01/2026
Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun. 16.01.1990
21/09/2025
Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb. Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir. Seyid Əli Xamenei 21.03.2023
16/09/2025
Evliliyin əsas bünövrəsi qız və oğlanın bir-biriləri ilə yola getməsidir. Bir-biriləri ilə dil tapmalıdırlar. Bu "Bir-biriləri ilə dil tapmalıdırlar" cümləsinin çox dərin bir mənası vardır. Bunu əsas götürün ki, Allah-təala da öz bərəkətlərini sizlərə şamil etsin, inşallah. Seyid Əli Xamenei 11.07.1991
14/09/2025
Hər bir ailə cəmiyyətin bədəninin hüceyrələrindən biridir. Bu hüceyrələr sağlam olsalar, işlərini düzgün görsələr, cəmiyyətin bədəni də sağlam olacaqdır.
31/01/2025
Qadınla kişi arasında cismi cəhətdən fərq olsa da (kişinin boyu daha uca, səsi daha qalındır), fikri və ruhi bacarıqlar cəhətindən hər ikisində sonsuz istedadlar mövcuddur və bu baxımdan aralarında fərq yoxdur.
26/12/2024
Əgər müsbətə doğru dəyişikliklər ağıllı və dindar insanların əlində olsa, cəmiyyət və bəşəriyyət tərəqqiyə nail olar. Lakin bu olmazsa, dəyişikliklər azğınlıq və tənəzzülə doğru gedər, necə ki, bu gün Qərb cəmiyyətlərində ağla zidd olan mənfi hallar müsbət dəyərlərə çevrilmişdir.
03/12/2024
Xalq kitabla ünsiyyət qurmalıdır, əks təqdirdə İran cəmiyyəti öz hədəf və arzsuna çatmayacaqdır.
02/12/2024
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
28/11/2024
Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
27/11/2024
Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
06/06/2024
Nağıl danışmaq çox gözəl incəsənətdir. Yaxşı hekayələr uşağın şəxsiyyətini formalaşdırır. Analarımızdan, nənələrimizdən eşitdiyimiz həmin köhnə nağılları gözdən keçirdikdə, onlarda nə qədər hikmət olduğunu görürük. İnsan öz xüsusiyyət və düşüncələrini dərindən araşdırdıqda (kökünün) bu hekayələrə gedib çıxdığını görür. Yaxşı hekayə çox mühüm bir məsələdir. Çalışın bu nağıl danışmaqda və bu incəsənətdə uşaqda yaratdığınız ilk şey iman olsun.
14/05/2024