Müsahibə Müsahibə

Şəhid Xamenei "Qadınların" hazırkı vəziyyətini necə görürdü və hansı həll yolu təklif edirdi? - 4-ci hissə

“Üçüncü qadın modeli”: qadın məsələsində şəhid Xameneinin düşüncəsinin zirvəsi

09/04/2026

KHAMENEI.IR media orqanının İslam İnqilabının şəhid Rəhbərinin bənzərsiz və seçkin xüsusiyyətləri barədə Həzrət Ayətullah Seyyid Müctəba Xamenei ilə yayımlanmamış müsahibəsi

İlahi uğur qapıları şəhid İnqilab Rəhbəri üçün necə açıldı? Oxuyacağınız mətn, İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin indiyədək olan yeganə müsahibəsindən seçilmiş hissələrdir. O, bütün bu illər ərzində mediada iştirakdan və hər cür müsahibədən çəkinmişdir. Yalnız istisna hal kimi Ayətullah Seyid Cavad Xameneinin (Allah ona rəhmət etsin) elmi və mənəvi məqamının anım mərasimi ərəfəsində, mərhumun haqqını ödəmək və şəxsiyyətini uca saymaq məqsədilə bu müsahibəni verməyə razı olmuşdur. Bu müsahibənin verildiyi vaxt, yəni 2021-ci ilin ortalarında bir neçə saat davam edən söhbət zamanı mərhum Ayətullah Seyid Cavad Xamenei haqqında danışılarkən müxtəlif mövzulara, o cümlədən şəxsi xatirələrə və həmçinin şəhid İnqilab Rəhbərinin bəzi seçkin və bənzərsiz xüsusiyyətlərinə də toxunulmuşdur. Lakin o, suallara cavab verərkən dəfələrlə qeyd edirdi ki, bu söhbətin əsas mövzusu həmin İlahi və təqvalı alimdir və söhbətin istiqamətini yenidən əsas mövzuya qaytarırdı. Buna görə də, əslində şəhid İnqilab Rəhbərinin şəxsiyyətinin təhlili məqsədini daşımırdı. Bununla belə, bu müsahibədə qeyd olunan bəzi məqamlar olduqca maraqlı və diqqətəlayiqdir. Buna görə də, əsasən, şəhid İnqilab Rəhbəri ilə bağlı olan hissələri KHAMENEI.IR media platformasının oxucuları üçün seçib təqdim etmişik. Bu müsahibənin tam mətni gələcəkdə Ayətullah Seyid Cavad Xameneinin (Allah rəhmət eləsin) anımına həsr olunmuş xüsusi nəşrdə yayımlanacaq.

20/03/2026

Şəhid Xamenei Qərb sivilizasiyasında qadınların sistemli şəkildə insanlıqdan uzaqlaşdırılmasını müşahidə edirdi - 2-ci hissə

Qərb sivilizasiyasında qadınların sistematik obyektivləşdirilməsi və qeyri-insaniləşdirilməsi

14/03/2026

Şəhid Xamenei qadın məsələsinə bəşəriyyətin əsas mövzularından biri kimi baxırdı - 1-ci hissə

Qadın məsələsinə bəşəriyyətin əsas məsələlərindən biri kimi baxmaq

14/03/2026

Cənab doktor Məsud Pezeşkianla müsahibə

Birlik üçün ortaq nəzərə və baxışa çatmalıyıq, Rəhbərin siyasətlərinin arxasınca getməliyik və ixtilafları kənara qoymalıyıq, çünki hər bir ixtilaf hakimiyyət prosesində bir uyğunsuzluq yaradır.

28/12/2025

Khamenei.ir portalının Ali Milli Təhlükəsizlik Şurasının katibi doktor Əli Laricani ilə geniş müsahibəsi

Növbəti nöqtə hərbi imkanların qorunması və yenilənməsidir. Hər halda bizim hərbi imkanlarımız yüksək idi ki, düşmən müharibəyə başladığı halda onun başa çatması üçün əl-ayağa düşdü. Üzdə uğur qazandıqlarını təbliğ etsələr də, əksər ölkələr və xalqlar dərk etdilər ki, düşmənimiz bu müharibədə strateji məğlubiyyətə uğradı. Bunu təsdiqləyən müxtəlif dəlillər var. Bu məsələ həm İran üçün faydalıdır, həm düşməni qıcıqlandırır. Strateji məğlubiyyətə uğramış düşmən təbii ki bir yolla müvəffəqiyyət qazanmağa çalışacaq. Düşmənin ümidini necə qırmaq olar? Ölkənin hərbi və təhlükəsizlik imkanları genişlənməli, işlərimizdəki bəzi iradlar aradan qaldırılmalıdır. Vaxtımızın bir hissəsi iradları üzə çıxarmağa sərf edilməlidir.      

22/08/2025

Ermənistanla Azərbaycanın ABŞ-da əldə etdiyi son razılaşmanı necə qiymətləndirirsiniz?

Son hadisədə Ermənistanla Azərbaycan arasında baş verən məsələdə baxmaq lazımdır ki, bu addım İran üçün geosiyasi bir təcrid və basqı yarada bilər, yoxsa yox? Onlar özləri deyirlər ki, belə deyil, amma əgər belə bir təcrid olarsa, biz mütləq şəkildə qarşısını almalıyıq.

22/08/2025

İnqilab Rəhbərinin qərarları hərbi tariximizin istiqamətini dəyişdi. Hərbi sahədə dünya səviyyəsində mövqeyə malikik

İran İslam Respublikasının hərbi və müdafiə sahəsindəki Ali Baş Komandanlığı, həqiqətən də, geniş cəhətlərə malikdir. Son illərdə yalnız silahlanma və silah istehsalı sahəsinə qismən toxunulsa da, mənim fikrimcə, bu məsələnin geniş sahələri var və bunlar hesaba gələndir. Yəni bu, elə deyil ki, insan sadəcə ümumi bir hökm versin, əksinə, bunların hamısının sənədi var.

16/07/2025