Ayətullah Seyid Əli Xamenei, şəhid Rəhbər çıxışlarından birində belə buyurur: “Biz müsəlman qadın üçün üçüncü bir model təqdim edirik.”
Bu model şərqşünas yanaşmanın təqdim etdiyi mənada “Şərqə” aid deyil. Çünki bu yanaşmada şərqli qadın evə qapanmış, hüquqlardan məhrum və ictimai rolu olmayan bir varlıq kimi təsvir edilir. Bu isə İslam ənənələrinin yanlış təqdimatıdır və müstəmləkəçilik təcrübəsi də bu təhrifin güclənməsinə səbəb olmuşdur. Bəzi dövrlərdə sağlam olmayan mədəni təsirlərin İslam cəmiyyətlərinə daxil olması nəticəsində dindar ailələr belə bəzən qız və qadınlar üçün mövcud imkanların hamısını təmin edə bilməmişlər.
Buna görə də Ayətullah Seyid Əli Xamenei, şəhid Rəhbər dəfələrlə vurğulayırdı ki, təqdim olunan model nə bu təhrif olunmuş “Şərqli qadın” modelidir, yəni yalnız evlə məhdudlaşan, ictimai, siyasi və iqtisadi sahələrdə rolu olmayan qadın, nə də “Qərbli qadın” modelidir ki, insanlıqdan uzaqlaşdırılmış, obyektləşdirilmiş və cinsi (şəhvət) şəkildə təqdim olunur.
Burada digər bir model mövcuddur: elə bir model ki, qadın bir insan kimi hörmət olunur və onun kəraməti qorunur. Bu modeldə qadınlara nəinki icazə verilir, hətta onlardan gözlənilir ki, ictimai məsuliyyətlərini yerinə yetirsinlər. Bununla yanaşı, onlardan gözlənti budur ki, ailəni birinci dərəcəli olaraq saxlasınlar və “Cəmiyyətin ilkin hüceyrəsi” olan bu əsas qurumu sağlam və möhkəm saxlasınlar. Onlar ailəyə və ailə həyatında oynadıqları rola qarşı laqeyd deyillər.
Şəhid Rəhbər bu yolda uğurlu olan qadınlardan danışarkən, həm ailədə uğur qazanan nümunələri, həm də ictimai sahədə nailiyyət əldə edən qadınları qeyd edir.
Məsələn, o, anası haqqında danışarkən “Kamil qadın” obrazını təqdim etdiyin görürük. Anası evdar idi və ailədən kənarda işləmirdi, lakin şəhid Rəhbərin təsvirində kamil bir insan kimi cilvələnir. Şəhid Rəhbərin dediyinə görə, sahib olduğu hər şeydə anasının rolu var idi. Anası uşaqları bir yerə toplayar, gözəl səslə Quran oxuyar və onlara hekayələr danışardı, yəni həqiqətdə övladlarına mənəvi qida verirdi.
Həmçinin həyat yoldaşı haqqında danışarkən qeyd edir ki, o, maddi həyata qarşı zahid və fədakar bir ruhiyyəyə malik idi; maddiyyata bağlılığı az və fədakarlığa hazırlığı isə gözə çarpan idi.
Bu xüsusiyyətlər–fədakarlıq, mənəviyyat, dünyaya bağlı olmamaq və məsuliyyət hissi—“Qadın böhranı”ndan çıxmaq və insanlığa zərər vuran bu problemi aradan qaldırmaq üçün əsas keyfiyyətlər kimi təqdim olunur.
09/04/2026