İslam İnqilabı Rəhbərinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət məclisi mübarək Ramazan ayının ilk günündə baş tutdu Qurani-Kərimlə ünsiyyət məclisi İslam İnqilabı Rəhbərinin və Quranın seçilmiş, eləcə də beynəlxalq səviyyəli ustad və qarilərindən bir qrupun iştirakı ilə bu gün axşam tərəfi İmam Xomeyni hüseyniyyəsində keçirildi. Həzrət Ayətullah Xamenei bu Quran məclisində səsləndirilən tilavətlərin yüksək səviyyəsinə görə təşəkkür və minnətdarlığını bildirdi. 19.02.2026
19/02/2026
Şərqi Azərbaycan vilayətindən olan əhalinin 17.02.2026-cı il tarixdə İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşündə hüseyniyyədə yazılan ayə
19/02/2026
Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkdi” və “İmranın qızı Məryəmi” Seyid Əli Xamenei 21.04.2010
31/12/2025
Hər kəsə Quranla ünsiyyəti unutmamağı tövsiyə edirəm. Mən dəfələrlə demişəm ki, Quranın hər yerindən yarım səhifə olsa belə, hər gün oxuyun. Quranı açın, yarım səhifə, bir səhifə və hər nə qədər rəğbət və meyiliniz var oxuyun. Mənəviyyatla əlaqənizi qoruyun. Seyid Əli Xamenei 03.11.2025
27/12/2025
Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
01/09/2025
Tövbə surəsinin 128-ci ayəsinin ilk iki cümləsi, yəni "Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir..." bütün bəşər övladına aiddir, necə ki, başqa bir ayədə də buyurulur: "Ey insanlar! Mən sizin hamınıza tərəf göndərilən Allahın elçisiyəm". Yəni bütün bəşər Peyğəmbərin müxatəbidir.
23/08/2025
Bu iki cümlə çox mühümdür: "Sizin əziyyət çəkməyiniz ona ağır gəlir" – yəni bəşərin əziyyətə düşməsi əzəmətli Peyğəmbərə ağır gəlir və o, insanların əziyyətə düşməsi ilə əziyyətə düşür, ardınca: "O, sizə qarşı qayğıkeşdir" – yəni o, sizin üçün can yandırır, sizə bağlıdır, taleyinizə həqiqi mənada maraq göstərir. Bu da bütün bəşər övladına ünvanlanmış bir xitabdır.
23/08/2025
Quran əbədi möcüzədir. Bu möcüzənin digər möcüzələrdən fərqi ondadır ki, digər möcüzələr yalnız həmin peyğəmbərin dövrünə aid idi. Məsələn, Musa Peyğəmbərin əsasını yalnız o dövrün insanları gördü. Lakin İslam Peyğəmbərinin möcüzəsi olan Quranı insanlar minlərlə il sonra da müşahidə edəcəklər.
03/02/2025
Quran möcüzədir, yəni Allah-təala Quran vasitəsilə İslam Peyğəmbərinin nübüvvətini (peyğəmbərliyini) sübut etmişdir. Bu, olduqca mühüm bir məsələdir.
03/02/2025
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
28/11/2024
Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.
23/03/2024