logo khamenei

Xəbər

İnqilab Rəhbərinin ofisinin bəzi xalq təbəqələrinin “Şəhid İmamdan halallıq istəmək”lə bağlı təkrar müraciətlərinə dair açıqlaması:

İnqilab Rəhbərinin ofisinin bəzi xalq təbəqələrinin “Şəhid İmamdan halallıq istəmək”lə bağlı təkrar müraciətlərinə dair açıqlaması:

İnqilabın şəhid İmamı İran xalqının hamısını öz əziz övladları hesab edir və daim onlar üçün dua edirdi.

İslam İnqilabının Ali Rəhbərinin ofisi yaydığı açıqlamada bəzi insanların ofislə dəfələrlə əlaqə saxlayaraq, Ayətullah Seyyid Əli Xamenei (Allahın rəhməti onun üzərinə olsun) həyatda olduğu dövrdə düşmənin yalançı media təbliğatının təsiri altında bəzi yersiz mövqelər sərgilədiklərinə və bəzən hörmətsizlik etdiklərinə görə dərin təəssüf hissi keçirdiklərini bildirib. Açıqlamada vurğulanır ki, bu şəxslər arxayın olsunlar, çünki o şəhid İmam hər zaman bütün İran xalqını öz övladları sayır və belə insanları bağışlayırdı, halallıq verirdi.

İslam İnqilabının Ali Rəhbərinin ofisinin açıqlamasının mətni:

“Bağışlayan və mehriban Allahın adı ilə

Əziz, şərəfli, azadlıqsevər və şücaətli İran xalqının diqqətinə çatdırırıq:

Bəzi vətəndaşlar ofislə əlaqə saxlayaraq bildirirlər ki, düşmənin yalançı media şəbəkələrinin təsiri altına düşərək, şəni uca olan Rəhbərin, şəhid İmamın (Allahın rəhməti onun üzərinə olsun) müqəddəs məqamına qarşı yersiz mövqelər tutmuş, hətta bəzən hörmətsizlik etmişlər və halallıq istəməyə nail ola bilmədiklərinə görə təəssüf edir, vəzifələrinin nə olduğunu soruşurlar.

Onun həyatda olduğu dövrdə oxşar hallara verdiyi təkrar cavabları nəzərə alaraq, dəfələrlə buyurmuşdu ki: “Bütün İran xalqı mənim övladlarımdır, mən onların hamısı üçün dua edirəm və belə insanları bağışlayır, halallıq verirəm və verəcəyəm”. Bildiririk ki, bütün bu əziz insanlar arxayın olsunlar: o mehriban qəlbin bağışlanmağına nail olmuşlar. O qəlb ki, bir okean kimi bütün insanları özündə ehtiva edirdi.

Bu razılığın nişanəsini bu gün xalqın vahid, qəhrəmanlıq dolu iştirakında və düşməni sarsıdan birliyində görmək olar. Allahın lütfü ilə onların arasındakı bütün ayrılıq divarları aradan qalxmış, hamı “Allahu Əkbər” şüarı ilə Allah kəlamını ucaldır. Allaha təvəkkül edərək birlikdə, eyni istiqamətdə və eyni addımla yalnız bəşəriyyətin mənfur düşməninə qalib gəlməyi düşünürlər.

Möhkəm dayanın və bilin ki, İran tarixinin Seyyidüş-şühədasının duası sizin hər birinizi əhatə etmiş və edəcəkdir. Sizin bu möhkəmliyiniz İlahi köməyi və yaxın qələbəni müjdələyir. Necə ki, Quran buyurmuşdur: “Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər və sabit qədəm edər.””

İslam İnqilabının Ali Rəhbərinin ofisi

10/04/2026