Şəhid Rəhbər Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin şəhadət məkanı yaxınlığında keçirilən Həzrət Əba Əbdillah Hüseynin (ə) əza mərasimlərinin altıncı və sonuncu gecəsi minlərlə Hüseyn (əleyhissalam) aşiqinin iştirakı ilə İmam Zeynülabidinin (ə) şəhadəti gecəsində keçirildi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin təşkil etdiyi bu mərasimdə Höccətül-İslam vəl-müslimin İbrahimian çıxış edərək bildirdi ki, əza məclislərinin zəruri nəticəsi ağlın kamilləşməsi və qəlblərin yumşalması olmalıdır.
Mərasimdə həmçinin cənab Mənsur Ərzi, cənab Məhəmmədrza Tahiri və cənab Hüseyn Tahiri müsibət zikri edib növhələr oxudular.
26/06/2026

















