KHAMENEI.IR
فارسی English Français Español Русский हिंदी Azəri العربية اردو

Jul, 26, 2026

besmellah
KHAMENEI.IR
  • Çıxışlar
    • Tam mətn
    • Mətndən çıxarış
    • Xəbərlər
    • Mesajlar
  • |
  • İslam maarifi
    • Quran
    • Məsumlar
    • Kitabxana
  • |
  • Şəri hökmlər
    • Risalə
  • |
  • Multimedia
    • Video
    • Foto
    • Plakatlar
  • |
  • Həyat tərzi
    • Ailə
    • Yeniyetmə və gənc
  • |
  • Digərləri
    • Təhlil
    • Ürək sözü
    • Müsahibə
  • |
  • Hacı Qasim
  • |
  • İsrailin məhvi
  • |
KHAMENEI.IR
    • Tam mətn
    • Mətndən çıxarış
    • Xəbərlər
    • Mesajlar
    • Quran
    • Məsumlar
    • Kitabxana
    • Risalə
    • Video
    • Foto
    • Plakatlar
    • Ailə
    • Yeniyetmə və gənc
    • Təhlil
    • Ürək sözü
    • Müsahibə
  • Hacı Qasim
  • İsrailin məhvi

Teglər: Mesajlar

2026-cı ilin yanvar ayındakı iğtişaşlara etiraz olaraq Tehran əhalisinin İnqilab meydanında yığıncağından bir görüntü

Həzrət Ayətullah Xamenei, İslam İnqilabı Rəhbərinin bu gün geniş şəkildə keçirilən xalq yığıncağı və bu baş verən tarixi gün münasibətlə şəni uca olan İran xalqına təşəkkürü və etdiyi təkid: İran xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər. KHAMENEI.IR mediası bu münasibətlə 2026-cı il yanvar ayındakı iğtişaşlara etiraz olaraq Tehran əhalisinin İnqilab meydanında yığıncağından bir görüntüsünü təqdim edir.

12/01/2026

Bu gün 12 yanvar geniş şəkildə keçirilən xalq yığıncağı münasibətilə şəni uca olan İran xalqına təşəkkür mesajı

Həzrət Ayətullah Xamenei, İslam İnqilabı Rəhbərinin bu gün geniş şəkildə keçirilən xalq yığıncağı və bu baş verən tarixi gün münasibətlə şəni uca olan İran xalqına təşəkkürü və etdiyi təkid: İran xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər.​

12/01/2026

Avropadakı İslami Tələbə Cəmiyyətləri İttifaqının 59-cu toplantısına mesaj

Həzrət Ayətullah Xamenei Avropadakı İslam Tələbə Cəmiyyətləri İttifaqının 59-cu illik toplantısına göndərdiyi mesajda Amerika ordusu və onun bölgədəki üzüqara əlaltısının ağır hücumunun İslami olan İran gənclərinin təşəbbüsü, şücaəti və fədakarlığı sayəsində məğlubiyyətə uğradığını vurğulayaraq qeyd etdi: fasid və fəsad törədən zorakıların pərişanlığının əsas səbəbi nüvə məsələsi deyil, İslam məmləkəti olan İran tərəfindən dünyada ədalətsiz nizama və hegemonluq sisteminin zorakılığına qarşı mübarizə bayrağının qaldırılması və milli, eləcə də beynəlxalq səviyyədə ədalətli İslam nizamına yönəlişidir.

27/12/2025

Mücahid və fədakar alim Həzrət Hüccətül-İslam Şahçerağinin vəfatı ilə bağlı başsağlığı mesajı

İslam İnqilabının Rəhbəri mücahid və fədakar alim Hüccətül-İslam Seyid Məhəmməd Şahçerağinin vəfatı münasibətilə başsağlığı mesajı verib.formalaşdırdı.      Seyid Əli Xamenei    03.12.2025

14/12/2025

İnqilab Rəhbərindən briqada generalı Əlirza Əfşarın vəfatı ilə bağlı başsağlığı

Ayətullah Xamenei mesajında mərhum mücahid general Əlirza Əfşarın vəfatı ilə bağlı dostlarına, ailəsinə və həmkarlarına başsağlığı verib. İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:

18/10/2025

Həzrət Ayətullah Xameneinin 32-ci Ümumrespublika Namaz Konfransına göndərdiyi mesaj

Həzrət Ayətullah Xamenei 32-ci Ümumrespublika Namaz Konfransına göndərdiyi mesajda namazın insanın dünyada və axirətdə taleyində mühüm və həyatbəxş rolunu vurğulayaraq bildirdi: Namazın təbliği və tədrisi, namazın batini incəliklərinin açıqlanması və ona əməl edilməsi dini təbliğ edən təbliğat qurumlarının, dini şəxsiyyətlərin və dindarların mütləq vəzifəsidir və bu istiqamətdə müasir vasitələrdən istifadə edilməlidir.

09/10/2025

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Həzrət Ayətullah Sistaniyə başsağlığı mesajı

Həzrət Ayətullah Xamenei Həzrət Ayətullah Sistaninin hörmətli həyat yoldaşının vəfatı münasibətilə başsağlığı verdi.

29/09/2025

İnqilab Rəhbərindən “Muay tay” üzrə milli idmançıya təşəkkür mesajı

“Qızıldan daha dəyərlisi, qızım, sizin əzm, zəhmət, iman və özünəinamınızdır.”

29/09/2025

İnqilab Rəhbərinin güləş yarışlarında İran İslam Respublikasının milli komandasının qələbəsi münasibətilə mesajı

2025-ci il dünya sərbəst güləş yarışlarında milli komandanın qələbəsi münasibətilə Həzrət Ayətullah Xamenei sərbəst güləş komandamızın möhtəşəm səyi və təqdirəlayiq davranışını yüksək qiymətləndirən bir mesaj ünvanladı.

16/09/2025

Nəzarət Şurasının üç fəqih üzvünün vəzifədə qalması

  Nəzarət Şurasının üç fəqih üzvünün vəzifədə qalması

15/07/2025

Sionist rejimin hücumundan sonra İnqilab Rəhbərinin İran xalqına üçüncü televiziya müraciəti

İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq.

26/06/2025

İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti

Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025

18/06/2025

...

Fələstinə kömək etmək hər kəsə şəri vacibdir; Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür.

25/09/2024

Çıxışlar
  • Tam mətn
  • Mətndən çıxarış
  • Xəbərlər
  • Mesajlar
İslam maarifi
  • Quran
  • Məsumlar
  • Kitabxana
Şəri hökmlər
  • Risalə
Multimedia
  • Video
  • Foto
  • Plakatlar
Həyat tərzi
  • Ailə
  • Yeniyetmə və gənc
Digərləri
  • Təhlil
  • Ürək sözü
  • Müsahibə
English
  • The Right Side of History Magazine, No. 23
  • The golden dome shelters the one who sheltered the nation
  • O Aba Abdillah al-Hussain, I have brought you a special guest
Français
  • Le magazine « Le Bon Côté de l'Histoire »
  • Cérémonie commémorative en l'honneur du Guide martyr de la Révolution islamique avec la participation d'ulémas et d'étudiants en sciences religieuses non-iraniens
  • Remerciements au peuple fidèle et cher de l'Irak, qui a orchestré cette procession funèbre grandiose
Español
  • El día que estuve contigo
  • La sepultura purificada del Líder mártir de la Revolución Islámica y de los mártires de su familia
  • Cortejo fúnebre del cuerpo purificado del Líder mártir de la Revolución Islámica en la ciudad santa de Mashhad
Русский
  • Послание великого лидера Исламской революции в связи с похоронами и погребением лидера-мученика Ирана
  • Полное видео церемонии совершения джаназа-намаза над пречистым телом лидера-мученика и телами мучеников его семьи в Мусалла им. Имама Хомейни
  • церемонии совершения джаназа-намаза над пречистым телом лидера-мученика и телами мучеников его семьи
हिंदी
  • इन्ना लिल्लाह, बेशक हम सिर्फ़ अल्लाह ही के लिए हैं।
  • मूल्यहीन, अविश्वसनीय
  • मूल्यहीन, अविश्वसनीय
Azəri
  • İslam İnqilabı Rəhbərinin "İranın şəhid Ağası"nın vida və dəfn mərasimi münasibətilə müraciəti
  • Tehrandakı İmam Xomeyni müsəllasında mücahid şəhid İmamın və şəhid ailəsinin pak cənazəsinə qılınan cənazə namazının tam videosu
  • Mücahid şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei və şəhid ailəsinin pak cənazəsinə qılınan cənazə namazının
العربية
  • بين الذّهب والتراب..
  • إيران والعراق لا يُمكن الفراق
  • مراسم تكريم القائد الشهيد للثورة الإسلامية بحضور علماء وطلاب غير إيرانيين
اردو
  • انّا للّہ، ہم سب اللہ کی ملکیت ہیں
  • قم میں غیر ملکی طلباء کی جانب سے رہبر شہید کی مجلس ترحیم
  • شہید رہبر کی یاد میں غیر ایرانی علماء اور طلباء کی شرکت سے تعزیتی جلسے کا انعقاد

Khamenei.ir saytındakı bütün məzmun Creative Commons Attribution 4.0 International License lisenziyası altında yayımlanır.