Zəncanda 80 şairin iştirakı ilə "Şəhid Ağa" adlı beynəlxalq şeir gecəsi keçirilib

Zəncan şəhərindəki "Hüseyniyyeye-Əzəm"də ölkənin müxtəlif vilayətlərindən 80 şairin və qonşu ölkələrdən bir qrup şairin iştirakı ilə "Şəhid Ağa" adlı beynəlxalq şeir gecəsi keçirilib. Bu ədəbi məclisdə 25 şair İnqilabın şəhid Rəhbərindən ayrılığın kədərini ifadə edən şeirlərini səsləndirib.

15/10/2026

İnqilabın Ali Rəhbərinin Müqəddəs Müdafiə Həftəsi və şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümü münasibətilə müraciəti

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İnqilabın Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı tətbiq olunmuş birinci müharibənin ilk günlərinin ildönümü və İran xalqının səkkizillik, unudulmaz Müqəddəs Müdafiə günləri münasibətilə yayımladığı müraciətində dünya hegemonlarının İnqilabın ilk onilliyində müharibəni İrana tətbiq etməklə ölkəni gerilik, zillət və xarlıq, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğuladı: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha qüdrətli və daha güclü şəkildə, daha gur səslə və daha uca qanad çalaraq, Simurq quşu kimi yenidən ucaldı. Bu, sonrakı düşmənlərin yaratdığı hadisələr zamanı da həmin sistemin dəyişməz xüsusiyyətinə çevrildi. İndi isə həmin Simurq düşmənin, xüsusilə də son iki tətbiq olunmuş müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi, hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman sərkərdəsi və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü yad edərək, Livan Hizbullahının baş katibi cənab Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin müqavimətini və Aşura ruhiyyəli mübarizəsini yüksək qiymətləndirərək qeyd etdi: Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əzəmətli və qürurverici, sionist düşmənin qarşısında isə ümidlərini dünya hegemonlarına və öz bədxahlarının yalan vədlərinə bağlayanlar üçün zillət gətirən və nəhayət, onları rüsvay edən günlərdir. İnqilabın Ali Rəhbərinin müraciətinin mətni belədir:

28/09/2026

İslam İnqilabı Rəhbərinin "İranın şəhid Ağası"nın vida və dəfn mərasimi münasibətilə müraciəti

Həzrət Ayətullah Seyid Müctəba Xamenei yayımladığı müraciətdə İran və İraq xalqının "İranın şəhid Ağası"nın dəfn mərasimində on milyonlarla insanla iştirakına səmimi təşəkkür edərək, ümmətin şəhid İmamına xitabən vurğuladılar: "Sənin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar və abırsız qatillərdən alacağımıza dair əhd bağlayırıq. Bu qisas xalqımızın tələbidir və mütləq həyata keçirilməlidir. Əvvəldən axıra qədər siyahıları mövcud olan bu cinayətkarlar rahat və yataqda ölmək arzusunu özləri ilə məzara aparacaqlar." İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni aşağıdakı kimidir:

11/07/2026

Höccətül-İslam vəl-müslimin Ejeinin Ali Məhkəmə sisteminin sədri vəzifəsinə yenidən təyin edilməsi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xameneinin fərmanı ilə Höccətül-İslam vəl-müslimin Möhsüni Ejeini yenidən Ali Məhkəmə Hakimiyyətinin sədri təyin edilib. İslam İnqilabı Rəhbərinin fərmanının mətni belədir:

04/07/2026

Ali Məhkəmə Həftəsi və Ayətullah Behişti ilə silahdaşlarının şəhadətinin ildönümü münasibətilə İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Ali Məhkəmə Həftəsi və Ayətullah Behişti ilə silahdaşlarının şəhadətinin ildönümü münasibətilə müraciəti yayımlandı.

28/06/2026

İmam Səccadın (əleyhissalam) şəhadəti gecəsində keçirildi

Şəhid İslam İnqilabı Rəhbərinin şəhadət məkanı yaxınlığında Həzrət Əba Əbdillah Hüseynin (ə) əza mərasimlərinin son gecəsi

26/06/2026

Şəhid Rəhbərin şəhadət məkanı yaxınlığında İmam Hüseynin (əleyhissalam) şami-qəriban mərasimi

Minlərlə Əhli-beyt (ə) aşiqi şəhid Rəhbər Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin şəhadət məkanı yaxınlığında toplaşaraq İmam Hüseynin (ə) şami-qəriban mərasimində iştirak edib əza saxladı.

25/06/2026

Şəhid İnqilab Rəhbərinin şəhadət məkanı yaxınlığında Aşura gecəsinin əza mərasimi

İmam Hüseynin (əleyhissalam) Aşura gecəsi münasibətilə keçirilən əza mərasimi minlərlə insanın iştirakı ilə İmam Xomeyni hüseyniyyəsinin və şəhid İnqilab Rəhbəri Həzrət Ayətullah əl-Üzma Seyid Əli Xameneinin müqəddəs şəhadət məkanının yaxınlığında keçirildi.

24/06/2026

...