Mətndən çıxarış

Şiəliyin parlaq səhifəsi

“İmam Səccadın həyatı məsum imamların (əleyhimussalam) həyatının ən parlaq səhifələrindən biridir...

Qısa şəkildə desək, İmam Səccad üç mühüm rolu yerinə yetirirdi. Bunlardan ikisi İmam Səccad ilə digər imamlar (əleyhimussalam) arasında ortaq idi. İmamlar (ə) iki yüz əlli illik imamət dövründə İslam və İslam cəmiyyəti qarşısında iki əsas vəzifəni yerinə yetirirdilər. Bunlardan biri İslam maarifini, hökmlərini və fiqhini izah edib aydınlaşdırmaq, İslamı ona zorla sırıdılan sapmalardan, təhriflərdən və əyriliklərdən qorumaq idi. Digəri isə Ələvi hakimiyyətinin idarəsi altında İslam və İlahi cəmiyyətin qurulması üçün zəmin hazırlamaq idi...

İmam Səccadın imaməti dövründə yerinə yetirdiyi digər mühüm vəzifə isə Aşura hadisəsini canlı saxlamaq idi. Bu da özlüyündə böyük bir dərsdir. Aşura elə bir hadisə idi ki, gələcək tarix, gələcək nəsillər və qiyamətədək bütün müsəlmanlar ondan dərs alsınlar deyə baş verdi.”

11.09.1987

11/09/1987