Xəbər
İran və Amerika prezidentlərinin anlaşma memorandumu ilə bağlı İslam İnqilabı Rəhbərinin İran xalqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran və ABŞ prezidentləri arasında imzalanmış anlaşma memorandumu ilə bağlı İranın qürurlu və vəfalı xalqına ünvanladığı müraciətdə buyurdu: “Mənim, prinsip etibarilə, başqa bir baxışım var idi. Lakin möhtərəm Prezidentin Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi öhdəliyə və bunun məsuliyyətini qəbul etdiyini açıq şəkildə bildirməsinə görə buna icazə verdim. Bu andan etibarən biz, yəni siz başı uca millət və bu aciz xidmətçi qeyd olunan şərtlərin həyata keçməsini gözləyəcəyik.” İslam İnqilabının Rəhbərinin İran xalqına müraciətinin tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Ey coşqulu və vəfalı İran xalqı!
Bildiyiniz kimi, İran və ABŞ prezidentləri arasında bir anlaşma memorandumu imzalanmışdır. Bu mərhələyə çatmaq yolunda məsul şəxslər xeyirxahlıq və xoş niyyətlə çoxlu səylər göstərdilər. Əlbəttə, müxtəlif vasitələrdən istifadə edərək buna nail olmağa çalışan tərəf çıxılmaz vəziyyətdə olan Amerika prezidenti idi.
Mənim, prinsip etibarilə, başqa bir baxışım var idi. Lakin möhtərəm Prezidentin Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi öhdəliyə və bunun məsuliyyətini qəbul etdiyini açıq şəkildə bildirməsinə görə buna icazə verdim. O həmçinin vurğulamışdır ki, Amerika tərəfi həddini aşaraq əlavə tələblər irəli sürərsə, bunu qəbul etməyəcək.
Bu andan etibarən biz, yəni siz başı uca millət və bu dəyərsiz xidmətçi qeyd olunan şərtlərin həyata keçməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə keçiriləcək üzbəüz danışıqlar düşmənin mövqeyinin qəbul edilməsi mənasına gəlmir.
Ümid edirik ki, Ağamızın (Allah-təala onun zühurunu tezləşdirsin) xeyir-duası İranın şərəfli xalqı üçün müxtəlif qələbələr və İlahi yardım müjdələri gətirəcəkdir.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
18.06.2026
18/06/2026

