Xəbər
İslam İnqilabı Rəhbərinin hökmü ilə Elmi Hövzələrin Xidmət Mərkəzinin İdarə Heyətinin yeni üzvləri təyin olundular
Həzrət Ayətullah Seyid Müctəba Xamenei verdiyi hökmlə Elmi Hövzələrin Xidmət Mərkəzinin İdarə Heyətinin yeni üzvlərini beş il müddətinə təyin edib.
Bu əsasla Höccətül-İslam vəl-müslimin Hüseyn Rəhimian, Məhəmməd Cəfəri Gilani, Mühyiddin Məkarim Şirazi, Qədəməli İshaqian, Məhəmməd Mehdi Həqqani və Məhəmmədhüseyn Ehsani, eləcə də Qum Elmi Hövzəsinin İdarəetmə Mərkəzinin nümayəndəsi, Xorasan Elmi Hövzəsinin nümayəndəsi və Camiətül-Mustəfa əl-Aləmiyyənin müdiri Elmi Hövzələrin Xidmət Mərkəzinin İdarə Heyətinin yeni üzvləri təyin ediliblər.
Cari ilin may ayının son günlərində Elmi Hövzələrin Xidmət Mərkəzinin İdarə Heyətinin köhnə və yeni üzvlərinin iştirakı ilə təhvil-təslim və təqdimat mərasimi keçirilib. Mərasimdə Rəhbərlik Ofisinin Hövzələrlə Əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Məhəmmədian, Rəhbərlik Ofisinin Nəzarət və təftiş üzrə müavini doktor İrəvani, həmçinin əvvəlki və yeni idarə heyəti üzvləri iştirak ediblər.
İclasda əvvəlki üzvlərə və mərkəzin rəhbərliyinə təşəkkür edildikdən sonra yeni idarə heyəti üzvlərinin səsverməsinin nəticəsinə əsasən, Höccətül-İslam vəl-müslimin Hüseyn Rəhimian yenidən Elmi Hövzələrin Xidmət Mərkəzinin İdarə Heyətinin sədri seçilib.
10/06/2026

