Xəbər
İnqilab Rəhbərinin mübarək Qədir-Xum bayramı və İmam Xomeyninin (r.ə.) vəfatının 37-ci ildönümü münasibətilə müraciəti
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Qədir-Xum bayramı, İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə.) vəfatının 37-ci ildönümü və şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyinin başlanmasının ildönümü münasibətilə müraciəti yayımlandı.
Bağışlayan və mehriban Allahın adı ilə
اَلحَمدُ للهِ الَّذی جَعَلَ کَمالَ دینِه وَ تَمامَ نِعمتِه بِوِلایةِ امیرِالمؤمنین علیِبنِ اَبیطالِب علیهالسّلام
Mübarək Qədir-Xum bayramını İranda və dünyanın hər yerində yaşayan bütün müsəlmanlara və İslam ümmətinin atası, Əmirəlmöminin Əlinin (Allahın salamı və salavatı Ona olsun) sevənlərinə təbrik edir, Həzrət İmam Xomeyninin (Allahın rəhməti Ona olsun) pak ruhuna salam və ehtiramımı çatdırıram.
Bu il böyük Xomeyninin ayrılığından keçən otuz yeddinci 14 Xordaddır. Həmçinin bu, İslam İnqilabının şəhid rəhbəri, ümmətin mehriban atası, İmam məktəbinin sədaqətli ardıcılı və seçkin davamçısı, böyük məqam sahibi Ayətullah əl-Üzma Seyid Əli Xameneinin (Allah məqamını uca etsin) İlahi ziyafətin qonağı olduğu ilk 14 Xordaddır. Bu il artıq onun qüdrətli səsinin və hikmətli, təsirli kəlamlarının İmamın müqəddəs məqbərəsində eşidilmədiyi ilk ildönümdür. Lakin İslam Respublikasının banisinin on illik və şəhid böyük Rəhbərin otuz altı illik çıxış və yazılar külliyyatı hamımız üçün misilsiz və qiymətli bir xəzinə, gələcək yolumuzun çırağıdır.
Əvvəla, bu gün Qədir-Xum bayramı, yəni Allahın ən böyük bayramıdır. Bu gün Allahın cəmiyyətin və İslam nizamının idarə olunması ilə bağlı vəzifəni müəyyən etdiyi, dinin kamilləşməsini və nemətin tamamlanmasını Məsum İmamların (ə) davamlı vilayəti və imaməti ilə gerçəkləşdirdiyi gün, əhd və peymanın günüdür.
Qədir, ömrünün hər anını, yəni Kəbədəki mövludundan şəhadət səadətinə qovuşana qədər Allah üçün və Allah yolunda keçirmiş bir şəxsiyyəti yada salır. Buna görə də o Həzrət Allah Rəsulundan (s) sonra həyatın bütün mərhələlərində bütün müsəlmanlar və möminlər üçün ən ali örnək və kamil nümunə hesab olunur. Kiçik uşaqlardan qocalara, adi insanlardan xüsusi təsirə malik olan cəmiyyət nümayəndələrinə və rəhbərlərə qədər hamının ona iqtida etməsi layiqli və zəruridir. Necə ki, İnqilabın iki İmamının həyatının iftixar sənədi də məhz həmin böyük şəxsiyyətə tabe olmaq olmuşdur.
İkincisi, bu gün ümmətin İmamının vəfat ildönümüdür və bu, məşhur olsa da, az tanınan bu şəxsiyyət haqqında düşünmək və söhbət etmək üçün dəyərli bir fürsətdir. O, cazibədar bir şəxsiyyətdir və onun nurani yolunu və məqsədini dərindən dərk etmək İslami olan İranının gələcəyi üçün yol göstəricisidir. Lakin gənc yaşda olan bir çox insanlar onu birbaşa tanımaq fürsəti əldə etməmiş, hətta onun həyatda olduğu dövrü görənlərin çoxu da İmamın şəxsiyyətinin və xəttinin dərinliklərinə lazımınca nüfuz edə bilməmişdir.
Allah-təala buyurur: “De: Mən sizə yalnız bir nəsihət verirəm ki, Allaha xatir iki-iki, bir-bir ayağa qalxın.”
Allah-təala bu mübarək ayədə əzəmətli Peyğəmbərə (Allahın salamı Ona və Əhli-beytinə olsun) xitab edərək buyurur ki, ümmətə de ki, mən sizə yalnız bir şeyi tövsiyə edirəm, o da Allaha xatir iki-iki və ya tək-tək ayağa qalxmaqdır. Bu ayə bizim dövrümüzün böyük ruh sahibi, saleh bəndəsi, İnqilabın böyük Rəhbəri və İslam Respublikasının banisinin İran xalqını Allah üçün qiyama çağırdığı ilk müraciətinin başlanğıcı və onun ən qədim sənədlərindən biridir.
Bəli, Allah yolunda qiyam İmamın məktəbinin təməlidir və onun varlığının ən mühüm təsir və bərəkətlərindən biri də məhz bu əsas üzərində cəmiyyətə rəhbərlik etməsi, insanları tərbiyə etməsi və dərin təsir göstərməsidir. Elə bu İlahi hərəkət İlahi bərəkətlərin və Rəbbani inayətlərin nazil olmasına, Uca Allahın haqq yolu istiqamətində cəmiyyətə hidayət qanunun gerçəkləşməsinə səbəb olmuşdur. Necə ki, buyurulub: “Bizim yolumuzda cihad edənləri, mütləq, Öz yollarımıza yönəldəcəyik.” Məgər İran xalqının ən böyük ümumi hərəkatları və oyanışları məhz böyük Xomeyni və böyük məqam sahibi şəhid Xameneinin dövründə, onların birbaşa və ya dolayı rəhbərliyi ilə baş verməmişdirmi? Hansı böyük qüvvə hərtərəfli Qərb asılılığının, çıxılmazlığın və boğucu mühitin hökm sürdüyü bir şəraitdə istibdad və müstəmləkəçiliyin sehrinə düşmüş, yuxuya getmiş bir xalqı 1963-cü il iyunun 6-da oyada bilərdi? Hansı cazibə qüvvəsi 1979-cu ilin bir fevralında milyonlarla insanı qarşılama mərasiminə, 1989-cu ilin 4 iyununda isə ümmətin İmamını son mənzilə yola salmaq üçün küçələrə çıxara bilərdi? Son heyrətamiz nümunədə, hansı möhkəm qüvvə və polad iradə 2026-cı ilin bir martının səhərindən etibarən İran xalqını elə bir şəkildə səfərbər etdi ki, üç aydan artıq vaxt keçməsinə baxmayaraq, onlar hələ də öz qanına qəltan olmuş şəhid Rəhbərlərinin və digər şəhidlərin qanının intiqamını almaq, İslam nizamının və əziz vətənlərinin hüdudlarını qorumaq naminə yüksək ruhiyyə ilə meydandadırlar və on milyonlarla fədainin sıralarını şəhid Rəhbərin ideallarını gerçəkləşdirmək, haqqı bərqərar etmək və Allah yolunda qiyam etmək üçün daha da möhkəmləndirmişlər?
Bəli, İran xalqındakı bu istedadı və hazırlığı kəşf edib dirçəldən Böyük Xomeyni və böyük məqam sahibi şəhid Xamenei olmuşlar və onlar daim buna xüsusi dəyər vermişlər. Şübhəsiz ki, nümunəvi təqvası ilə qələmindən çıxan hər sözə nəzarət edən böyük İmam öz vəsiyyətnaməsində böyük bir iddia irəli sürüb belə yazmışdı: “Mən cəsarətlə iddia edirəm ki, bu dövrdə İran xalqı və onun milyonlarla insanı Allah Rəsulunun (s) zamanındakı Hicaz xalqından, həmçinin Əmirəlmöminin Əlinin və Hüseyn ibn Əlinin (Allahın salamı onlara olsun) dövründəki Kufə və İraq əhalisindən daha üstündür.” Bu gün əziz xalqımız fəxr edir ki, yenidən ayağa qalxmağı ilə müqavimət cəbhəsinin yanında dayanaraq, dünyanın azad xalqları və agah insanların gözü qarşısında qürur mənbəyinə çevrilmiş və İmam Xomeyninin vəsiyyətnaməsinin bu hissəsinin doğruluğunu bir daha nümayiş etdirmişdir.
Şəhid Rəhbərin (Allah məqamını daha da uca etsin) ifadəsi ilə desək, xalq adlı bu böyük okeanı coşdura bilən qüdrətli əl, böyük İmamın və əzəmətli Xomeyninin polad iradəsi, Allaha arxayın qəlbi və Zülfüqar kimi kəsərli dili idi. O, milyonlarla insanı meydana gətirə, onları meydanda saxlaya və hərəkətin istiqamətini onlara öyrədə bilirdi. Şübhəsiz ki, bu cür təsirin başqa bir nümunəsi də məhz əziz Xameneinin özüdür. O, saleh sələfinin yolunu davam etdirdi və təxminən qırx il ərzində İnqilaba və İslam nizamına rəhbərlik edərək, gənclərə güvənmək, xalqın düşüncə və baxış səviyyəsini dərinləşdirmək yolu ilə cəmiyyəti elə bir hazırlıq səviyyəsinə çatdırdı ki, onun böyük şəhadətindən sonra İran xalqının yeni bir dirçəliş və qiyam mərhələsi yarandı. Bəli, əziz Xameneinin məktəbi xalis Məhəmmədi İslamın davamı olan Böyük Xomeyni məktəbidir. Bu məktəbin təməli Allah yolunda qiyamdır və onun yetirmələri haqqı bərqərar etmək, batili aradan qaldırmaq və bu nurani yolda mübarizə aparmaq üçün çiyin-çiyinə cərgələrdə hazır dayanmışlar. İmam Xomeyni (r.ə.) İran, İslam ümməti və dünya səviyyəsində böyük və tarixi bir dönüşün banisi olmuşdur. Şəhid Rəhbər isə bu dönüşü dərinləşdirmiş, genişləndirmiş və davam etdirmiş, onun kamilləşməsi və gerçəkləşməsi üçün sistem və cəmiyyət quruculuğu aparmışdır.
Bu istiqamətdə o Həzrət İmam Xomeyni məktəbini sözündə, qələmində, əməlində və müxtəlif görüşlərində daim yaşatmaqla yanaşı, 14 xordadı (4 iyun) xalqın İmam Xomeyni ilə illik əhd-peyman günü halına gətirmiş, İmam Xomeyni məktəbinin prinsip, siyasət və əsas xətlərindən ibarət sistematik bir düşüncə tərzini izah və təhlil etmişdir. Bu təlimlərdən bəziləri belə idi: İran xalqı imanlı, ağıllı və şücaətli xalqdır. Xalq ölkənin həqiqi sahibi və qüdrət mənbəyidir. Bu xalq həqiqi dəyişikliyi həyata keçirə və “Biz bacararıq” şüarını müxtəlif sahələrdə gerçəyə çevirə bilər. Digər təlimlərdən biri də məzlumun müdafiəsinin İslami, insani və iranlıya xas bir vəzifə olmasıdır. Buna görədir ki, hegemonya sistemi və onun başında duran Amerika bu xalqın seçkin kimliyi və təslim olmayan ruhu ilə problem yaşayır.
Bəli, təxminən səksən il əvvəl “İsrail” adlı hərbi düşərgəni quran hegemonya sistemi, “Böyük İsrail” adlı saxta və yalançı coğrafiyanın şərq sərhədində, yəni Fəratın şərqində güclü, müstəqil və müxtəlif üstünlüklərə malik bir İranın mövcudluğunu qəbul etmir və onun inkişafının qarşısını almaq üçün heç bir addımdan çəkinmir. Bu münasibətlə əziz xalqımıza bildirmək istəyirəm ki, xəbis düşmən silahlı qüvvələrimizdə xidmət edən igid övladlarınız qarşısında məğlubiyyətə uğradıqdan və xüsusilə istər hərbi döyüş meydanında, istərsə də xalqın meydan və küçələrdəki iştirakı qarşısında qəti zərbə aldıqdan sonra dərin və mənalı bir təhqir yaşamışdır. Bu təhqirin nəticəsində ölkələrin ondan uzaqlaşması daha da aydın görünür. Buna görə də o, öz hiyləsini tərkibi (hibrid) müharibədə iki əsas nöqtəyə yönəltmişdir: birincisi, xalqın dözümlülüyü, ikincisi isə ölkə məsullarının qərarvermə və hesablama sistemində yanlışlıq yaratmaq. Onun hər iki istiqamətdə əsas vasitəsi şübhə, ümidsizlik, qorxu, bədbinlik və ixtilaf toxumları səpməkdir. Buna görə də bu bədxah niyyətlərlə mübarizədə hər kəs ayıq-sayıqlıq, möhkəmlik, birlik və həmrəylik, qarşılıqlı etimad nümayiş etdirməli, düşmənlə həmavaz olmamaqla, onun məkrli planlarını puça çıxarmalıdır. Bu məsələdə məsul şəxslərin üzərinə düşən vəzifə, xüsusilə böyükdür. Xalqın müxtəlif təbəqələrində bədbinlik və ruh düşkünlüyü yaradan hər bir addım bu ölkənin və onun xalqının düşməninə yardım hesab olunur.
Hazırda Böyük Xomeyni və əziz şəhid Xameneinin məktəbini İslam İnqilabının məzlum, lakin qüdrətli və qalib rəhbərləri kimi bütün dünyada əməli şəkildə təqdim etmək və həyata keçirmək üçün yeni bir fürsət yaranmışdır. Bu mühüm vəzifə bütün xalqın, xüsusilə də gənclərin, ziyalıların, fikir və incəsənət adamlarının üzərinə düşür. Onlar bu məktəb əsasında, Allahın vədlərinə etimad göstərərək, ağamız Həzrət Əsrin Vəlisinin (Allah şərafətli zühurunu tezləşdirsin) inayətləri sayəsində və xalis Məhəmmədi İslamı yolunda, yəni məsumluq və böyük vilayət sahiblərinin iki yüz əlli illik hüzuru dövründə cızılmış nurani xətt üzrə hərəkət edərək, əziz İranın parlaq gələcəyini qurmalıdırlar.
Qadir və Uca Allahdan diləyirəm ki, bu yenidən ayağa qalxmış xalqı son qələbəyə, tərəqqi və əzəmətin uca zirvələrinə çatdırsın, inqilabın iki İmamının müqəddəs ruhlarını və İslam İnqilabı şəhidlərinin, xüsusilə ikinci və üçüncü Müqəddəs Müdafiə şəhidlərinin pak ruhlarını mövlaları Əmirəlmöminin Əli (Allahın salamı Ona olsun) ilə birlikdə məhşur etsin, ağamız Həzrət Əsrin Vəlisinin (ə.f.) müqəddəs və nurani qəlbini İran xalqından razı salsın, bu əziz xalqı və ona xidmət edənləri o Həzrətin xüsusi duaları və şəfaətindən bəhrələndirsin.
Onun lütf və kərəmi ilə.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
04.06.2026
04/06/2026

