Çıxışlar

İslam İnqilabı Rəhbəri, Ayətullah Seyid Müctəba Xameneinin 1447-ci (h.q) il Həcc mövsümü münasibətilə müraciəti

İslam İnqilabı Rəhbəri, Ayətullah Seyid Müctəba Xameneinin 1447-ci (h.q) il Həcc mövsümü münasibətilə müraciəti

Bağışlayan və mehriban Allahın adı ilə

“Ləbbeyk, Allahummə ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk...”

Allahım! Sənin çağırışına cavab verirəm, Sənin heç bir şərikin yoxdur və bütün həmd, nemət, səltənət və qüdrət Sənin tərəfindəndir və yalnız Sənə məxsusdur.

Bu il də Həcc mövsümü gəlib çatdı və İslam ümmətinin hacıları ehrama girərək “Ləbbeyk” deyirlər ki, maddi və adi həyatdan İlahi və xoşbəxt həyata hicrət etsinlər. Yəni tövhid əsaslı həyat, Uca və Böyük Allahın bəndəliyi mərkəzində qurulmuş həyat və Allahın şəriklərindən uzaq durmaq, onları rədd etmək və onlardan bezarlıq etməkdir.

Lakin bu hicrət fürsəti yalnız bu il Allah evinin ziyarətçilərinə və hacılara aid deyil, bu, istər keçmiş illərdə Həcci yerinə yetirənlər, istərsə də hələ Həcc ibadətini icra etməyə müvəffəq olmayan İranda və dünyanın hər yerində yaşayan bütün müsəlman qardaş və bacıları əhatə edir. Bu yolun şərti Allahı daim zikr və haqq ətrafında daimi təvaf etmək, İlahi vəzifələrin çətin və taleyüklü zirvələri arasında daim səy göstərmək, şər olan şeytanı və onun bütün təzahürlərini daşlamaq, Allaha diqqət və yalvarışla yanaşı olan yaşamaq, biçarə yoxsullara və yoldan keçənlərə yardım etmək və insanı azdıran nəfsani istək və meyilləri qurban vermək və daxili çirkinlikləri təmizləmək və hər bir halda xidmətə hazır olmaq və haqqın müdafiəsi bayrağını ucaltmaqdır.

İran xalqı da İslam İnqilabının başlanğıcında bu İlahi səfərə qədəm qoydu. Əzəmətli Xomeyninin çağırışına cavab verdi, zülmə tabelik libasını çıxardı, dünya və axirət səadətinin ehramını geyindi və “Ləbbeyk” deyərək və tələsərək xalis Məhəmməd İslamının maarifi ətrafında təvaf etməyə çalışdı və özünü ümumbəşəri ədalət və əzəmətli vilayət nuruna yaxınlaşdırdı.

Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər və lillahil-həmd, Allahu əkbər əla ma hədana (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa İlah yoxdur, Allah böyükdür, Allah böyükdür və həmd Ona məxsusdur. Allah böyükdür, bizi hidayət etdiyinə görə).

Bəli, Allah böyükdür... və məhz “Allahu əkbər” silahı ilə 47 il əvvəl İranın müsəlman xalqı qiyam etdi, Pəhləvi adlı tağut, diktator və yadellilərdən asılı rejimi devirdi, tamahkar və təkəbbürlü Amerikanın ölkə üzərindəki əl-ayağını kəsdi və sionizmin nüfuzunu tamamilə aradan qaldırdı.

Elə bu “Allahu əkbər” silahı ilə Bəəsçi Səddam rejiminin İrana təcavüzündən sonra qeyrətli mücahidlər və fədakar gənclər səkkiz illik Müqəddəs Müdafiə qəhrəmanlıq dastanını yaratdılar və Şərq və Qərbin bütün güclərinin Bəəs rejiminə dəstəyinə baxmayaraq, onu yerində oturtdular. Bu müqaviməti sonrakı illərdə də davam etdirərək, iqtisadi mühasirələrə, çevriliş cəhdlərinə, zülmkar sanksiyalara, siyasi, təbliğat və iqtisadi hücumlara qarşı İslam Respublikasının mövqeyini möhkəm və sabit saxladılar.

Allahu əkbər... və məhz “Allahu əkbər” silahı İslam ümmətinin və müqavimət cəbhəsinin mücahid gəncləri arasında İran, Livan, Fələstin, İraq, Suriya, Afrikadan Yəmənə, Əfqanıstan və Pakistana qədər və bütün azad xalqlar arasında bağlılıq tellərini möhkəmləndirdi. Bu möhkəm bağ (həblul–mətin) İslam ümmətinin varlığını qorumaq üçün işğalçı və sionist təcavüzkarların qarşısında dayandı, İŞİD-in planlarını dağıtdı, “Əqsa fırtınası”nı başlatdı və zəifləmiş sionist rejimin ömrünü sayılı günlərə gətirib çıxartdı.

Allahu Əkbər, həqiqətən, Uca və Mübarək Allah vəsf edilə biləcəyindən daha uludur... Məhz bu “Allahu əkbər” silahı ilə İran İslam Respublikası 2025-ci ilin iyununda baş verən İkinci tətbiq olunmuş müharibədə sionist rejimi ağır zərbələrlə çətin vəziyyətə saldı, təcavüzkar Amerikaya sərt bir zərbə vurdu və düşməni İranı təslim etdirmək məqsədində nakam qoydu.

Bu “Allahu əkbər” silahı İran xalqına elə güc və qüvvət verdi ki, şəni uca olan Rəhbər, Peyğəmbərin (Allahın salamı Ona və Əhli-beytinə olsun) həqiqi ardıcılı sayılan, yüksək məqamlı Ayətullah Əl-Üzma Seyid Əli Hüseyni Xameneinin (Allah məqamını uca etsin) şəhadətindən sonra belə, xalq lazım olan hər sahədə geniş şəkildə iştirak edərək, dünyanın diqqətini öz nailiyyətlərinə cəlb etdi.

Allahu əkbər, həqiqətən, Uca və Mübarək Allah vəsf edilə biləcəyindən daha uludur... Məhz bu “Allahu əkbər” silahı ilə İran İslam Respublikasının qeyrətli döyüşçüləri və fədakar silahlı qüvvələri, xüsusilə əziz Livan olmaqla müqavimət cəbhəsinin mücahidlərinin müşayiəti ilə Amerika–sionist iki terrorçu və tam döyüş hazırlığında olan silahlanmış ordulara qarşı üçüncü tətbiq olunmuş müharibədə mühüm qələbələr əldə etdilər, Allaha təvəkkül edərək və özlərinin yer, hava və dəniz qüvvələri, raketləri və pilotsuz uçuş aparatları vasitəsilə böyük şeytan olan Amerikanı və onun əldə tərbiyə olmuş sionist rejimini daşladılar və Allah yolunda mübarizə aparanlara verilən İlahi vədin gerçəkləşməsini öz gözləri ilə gördülər.

Yenə də Allahu əkbər, şübhəsiz ki, Uca və Mübarək Allah vəsf edilə biləcəyindən daha uludur və Onun orduları hər bir qüdrətə qalibdir... və məhz bu “Allahu əkbər” silahı ilə İran xalqının və müqavimət cəbhəsinin qiyamından sonra İslam ümmətinin yeni qiyamı formalaşacaq, müşriklərdən bezarlıq Həccdəki Cəmərat (daşlama) mərasimindən çıxaraq, müsəlmanların fərdi, ictimai və siyasi həyatının bütün sahələrinə və dünyanın müxtəlif guşələrinə yayılacaq.

İslam ümməti və region xalqları çoxlu ortaq imkanlara və maraqlara malikdir ki, bu da gələcəyin yeni regional və qlobal nizamını formalaşdıracaq. Mən sədaqət və ixlasla bütün İslam ölkələrinin hökumətlərini dostluq və xeyir işlərdə əməkdaşlığa dəvət edirəm ki, İslam ümmətinin inkişafı və problemlərinin həlli üçün birgə addım atsınlar. Aydındır ki, zamanın əqrəbi geri dönmür və region xalqları artıq Amerika hərbi bazaları üçün sipər olmayacaq. Amerika bundan sonra bölgədə nə sabitlik mərkəzi, nə də hərbi mövcudluq üçün təhlükəsiz məkan ola biləcək və getdikcə əvvəlki mövqeyindən uzaqlaşacaqdır. Zəifləmiş sionist rejim və İsrail adlı xərçəngvari şiş isə öz mənfur ömrünün son mərhələlərinə yaxınlaşır və İlahi lütflə, (o rejim) on il əvvəl İnqilabın əzəmətli Rəhbərinin (Allah uca məqamını daha da uca etsin) dediyi qəti və uzaqgörən sözə əsasən, inşallah, iyirmi beş ildən sonra mövcud olmayacaqdır.

Bu səbəbdən bu il müşriklərdən bezarlıq (bəraət) məsələsi daha da xüsusi əhəmiyyət daşıyır və onun miqyası Həcc mövsümünün ayinlərindən kənara çıxaraq İran və dünyanın müxtəlif yerlərində yayılacaq, bundan sonra “Amerikaya ölüm, İsrailə ölüm” şüarı İslam ümmətinin və dünyanın məzlumlarının, xüsusilə gənclərin şüarına çevriləcək.

Gələcək İslam ümmətinə və İslam sivilizasiyasına aiddir və hər birimiz öz imkanımız, iradəmiz və məsuliyyətimiz qədər bu gələcəyin gerçəkləşməsində rol oynaya bilərik. İranlı zəvvarlar bu ilki Həccdə “Üçüncü tətbiq olunmuş müharibənin qələbəsini” digər müsəlman qardaş və bacılara çatdırmaqda və onları parlaq gələcəyə ümidləndirməkdə mühüm rol oynayırlar. Bütün əziz hacılardan xahiş edirəm ki, bəşəriyyətin xilaskarının (Allah onun zühurunu yerləşdirsin) tez zühuru üçün dua etməyə xüsusi diqqət yetirsinlər, İslam ümmətinin vəhdəti, Fələstinin və Əqsa məscidinin azadlığı, müsəlmanların böyük problemlərinin həlli və son qələbə üçün dua etsinlər və məni də dualarında xatırlasınlar.

Ey Rəbbim! Məhəmməd və Onun Əhli-beytinə salavat və salam göndər, Öz lütf və rəhmət nəzərini hacılara və bütün İslam ümmətinə şamil et, onlara qəbul olunmuş Həcc nəsib et, qəlblərini mərifət və bəsirət nuruyla işıqlandır, və ümmətin islahı yolunda hərəkət etmək və İslam düşmənləri üzərində son qələbəyə doğru iradə və əzmlərini daha da möhkəmləndir.

Ey Rəbbim! Allah yolunda şəhid olmuşların, xüsusilə müqavimət cəbhəsi şəhidlərinin və onların önündə gedən böyük rəhbər, şəhid (Allah məqamını uca etsin) ruhuna Öz geniş fəzl və rəhmətini nazil et, hacıların həccindən, ibadət edənlərin ibadətindən və səy göstərənlərin fəaliyyətindən, ümmət rəhbərinin hidayət və rəhbərliyi altında olmuşların savabından bol pay onun pak və mələkuti ruhuna çatdır. İran xalqını və İslam ümmətini onun yolunu və məqsədini davam etdirməkdə yardım et.

Ey Rəbbim! Bizim sərvərimiz və mövlamız, vəd olunmuş Mehdi (Ona və Onun pak atalarına Allahın salavatı və salamı olsun) üzərinə ən üstün salavat və salamlar göndər. Bizi və bütün İslam ümmətini o Həzrətin pak və qəbul olunmuş dualarına şamil et, dünyanı onun mübarək gəlişi ilə, necə ki, vəd etmisən, nurlandırıb zinətləndir, bir halda ki, qəlblərimiz o qəti İlahi vədəyə tam inam və arxayınlıqla doludur. (Quran bu barədə buyururJ “Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini, mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir.

Bütün müsəlman qardaş və bacılarımıza salam olsun, Allahın rəhməti və bərəkəti üzərinizə olsun.

 

Seyid Müctəba Hüseyni Xamenei

9.Zilhiccə.1447

26.05.2026

26/05/2026