Xəbər
İslam İnqilabı Rəhbərinin şəhid Rəisinin və xidmət yolunda şəhid olanların şəhadətinin ikinci ildönümü münasibətilə mesajı
Ayətullah Seyid Müctəba Xamenei May uçuşu şəhidlərinin, xüsusən də şəhid prezident Höccətülislam Vəl-Müslimin Rəisinin ildönümü ilə bağlı mesajında məsuliyyət və xalqpərvər olmağı Şəhid Rəisinin ən görkəmli xüsusiyyətləri arasında qeyd etdi. O, müqavimətçi İran xalqının son dövrlərdəki dastanları qarşısında İslam Respublikası rəsmilərinin ağır məsuliyyət yükünə toxunaraq vurğuladı: Bu gün millətin, hökumətin və İslam Respublikasının bütün qurumlarının birliyinin bərəkəti sayəsində rəsmilərin motivasiyasını və ikiqat və səylə xidmətini gücləndirməkdə, xüsusən də iqtisadi və dolanışıq sahələrində xalqın problem və qayğılarının həllində böyük uğurlar qazandıq.
Bağışlayan və mehriban Allahın adı ilə
Ordibeheşt (may ayı) uçuşu şəhidlərinin və onların başında duran şəhid Prezident Höccətül-İslam vəl-müslimin Rəisinin anılması İran İslam Respublikasında xidmətçi şəhidlərin böyük karvanının şəhadətini yada salır; Mütəhhəri, Behişti, Rəcai və Bahonərdən tutmuş, Rəisi, Ali Haşim, Əmir Abdullahian və Laricaniyə qədər əzəmətli Xomeyni və məqamı uca olan əziz Xameneinin məktəbində yetişmiş yüzlərlə görkəmli şəxsiyyət ki, İslam Respublikası məsullarının ixlaslı və mücahidcəsinə xidmət dəftərini qanlı imzaları ilə zinətləndirdilər.
Şəhid #Rəisinin xüsusiyyətlərindən məsuliyyət hissi, (dövlət işlərinə) gənc ruhiyyəli şəxsləri cəlb etmək siyasəti, ədalətə diqqət, fəal və faydalı diplomatiya, eləcə də xalqın özündən olmaq sadalana bilər. Bu xüsusiyyətlər İranın dostlarının, o cümlədən qüdrətli müqavimət cəbhəsinin mücahidlərinin və nizama ürək yandıran bir çox insanın ürəklənməsinə səbəb olurdu. Bütün bunlar isə onun qəlbinin dərinliklərində kök salmış mənəviyyatla qarışmışdı. Məsullar və xalq arasındakı münasibətdə müsbət və təsirli xüsusiyyətlər qarşılıqlı qədirbilənliyə səbəb olur. Buna görə də onun mövlası və xidmət etdiyi Həzrət Əbülhəsən Rzanın (ə) məzarının qonşuluğuna yolasalma mərasimi misilsiz əzəmətlə baş tutdu. O şəhidin yarımçıq qalan prezidentlik dövrü, ölkənin müstəqilliyini qorumaqla yanaşı xalq və dövlət üçün göstərilən səylərin və qayğının bir ölçüsünü ortaya qoydu.
Bu gün biz İran xalqının dünya terrorunun iki ordusuna qarşı misilsiz tarixi müqavimətində yaratdığı qəhrəmanlıqlar qarşısındayıq. Bu məsələ İslam Respublikası məsullarının, yəni rəhbərlikdən və hökumət başında olanlardan tutmuş bütün idarəçilik səviyyələrinə qədər olanların vəzifə yükünü keçmişdən daha ağır edir. Bu gün xalqın, dövlətin və İslam Respublikasının bütün qurumlarının vəhdət nemətinin şükrü, dövlət adamlarının maraq göstərmələri və mücahidcəsinə xidmətinin gücləndirilməsi, xalqın problemlərinin, xüsusilə iqtisadi və məişət sahəsindəki qayğılarının həlli, meydanda və birbaşa iştirak, həmçinin ayaqlanmış xalq üçün ölkənin inkişaf yolunda və işıqlı gələcəyə doğru ümidli hərəkətdə ciddi rol müəyyənləşdirilməsi ilə yerinə yetirilə bilər.
İlahi rəhmət və rizvan xidmət yolunun şəhidlərinə olsun. İlahi yardım və ağamız Həzrət Zamanın Sahibinin (ə.f) duası İranın müsəlman xalqına xidmət edənlərin dayağı olsun.
Seyid Müctəba Hüseyni Xamenei
20.05.2026
19/05/2026

