Xəbər
İslam İnqilabının Rəhbəri, Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Milli Fars Körfəzi Günü münasibətilə müraciəti
Həzrət Ayətullah Seyyid Məc'təbî Xamenei 10 Aprel Fars Körfəzi Milli Günü münasibətilə mesajında, bölgədə dünyanın ən böyük Hərbi ekspedisiya və təcavüzü baş verdikdən iki ay keçdikdən sonra, Fars Körfəzi və Hörmüz Boğazında yeni bir dövrün açıldığını vurğulayaraq, Hörmüz Boğazının hüquqi qaydalarını və yeni idarəetmənin tətbiqini bütün region xalqlarının rifahı və inkişafı naminə qiymətləndirdi.
Bağışlayan və mehriban Allahın adı ilə
Uca Allahın bizim regionumuzun müsəlman xalqları, xüsusilə də İslami olan İranının şərəfli xalqı üçün bəxş etdiyi misilsiz nemətlərdən biri “Fars körfəzi” nemətidir. Bu, sadəcə bir su hövzəsindən daha artıq bir nemətdir. O, kimliyimizin və sivilizasiyamızın bir hissəsini formalaşdırmış, xalqları bir-birinə bağlayan nöqtə olmaqla yanaşı, Hörmüz boğazında və ondan sonra Oman dənizində qlobal iqtisadiyyatın həyati və bənzərsiz marşrutunu yaratmışdır.
Bu strateji sərvət, keçmiş əsrlərdə bir çox şeytanların tamahını oyatmış və Avropa və Amerika yadellilərinin təkrar-təkrar təcavüzlərinin, region ölkələri üçün yaranmış təhlükəsizliksizliklərin, zərərlərin və müxtəlif təhdidlərin tarixi, dünya müstəmləkəçilərinin Fars körfəzi sakinlərinə qarşı qurduqları məkrli planların yalnız bir hissəsidir ki, bunun ən son nümunəsi “Böyük şeytan”ın son zorakılıqları oldu.
Fars körfəzinin ən uzun quru sahillərinə malik olan İran xalqı, bu körfəzin müstəqilliyi və yadellilərə qarşı mübarizə yolunda ən çox fədakarlıq göstərmişdir; Portuqalların qovulmasından və Hörmüz boğazının azad edilməsindən (hansı ki, Ordibehəşt ayının onunun Milli Fars Körfəzi Günü kimi adlandırılmasının əsasını təşkil edir) tutmuş Holland müstəmləkəçiliyinə qarşı mübarizəyə və İngilis istismarına qarşı müqavimət dastanlarına qədər və s. Lakin İslam İnqilabı, Fars körfəzi regionundan müstəmləkəçilərin əlini kəsmək baxımından bu müqavimətlərin dönüş nöqtəsi oldu və bu gün, dünyanın zorakı qüvvələrinin regionda həyata keçirdiyi ən böyük hərbi yürüş və təcavüzdən iki ay keçməsinə və Amerikanın planının rüsvayçı məğlubiyyətinə baxmayaraq, Fars körfəzi və Hörmüz boğazı üçün yeni bir dövr formalaşmaqdadır.
Uzun illər boyu öz hakimlərinin zorakılara və təcavüzkarlara qarşı sükut və zillət içində davranmasına alışmış Fars körfəzi xalqları son altmış gün ərzində İranın cənub bölgəsinin qeyrətli və igid xalqının qüruru ilə yanaşı, ordu və SEPAH-ın dəniz qüvvələrinin igid döyüşçülərinin qüdrət, ayıqlıq və mücahidlik səhnələrini öz gözləri ilə gördülər və yadellilərin hökmranlığını rədd etdilər.
Bu gün Uca Allahın inayəti ilə və üçüncü tətbiq olunmuş müharibənin məzlum şəhidlərinin qanının, xüsusilə də İslam İnqilabının şəni uca olan və uzaqgörən rəhbərinin (məqamı uca olsun) bərəkəti sayəsində, artıq təkcə dünya ictimai rəyində və region xalqları arasında deyil, hətta ölkələrin hökmdarları və rəhbərləri üçün də sübuta yetmişdir ki, Fars körfəzi torpaqlarında amerikalı yadellilərin mövcudluğu və onların burada yuva salması regionda ən böyük təhlükəsizliksizlik amilidir və Amerikanın puç bazaları öz təhlükəsizliyini belə təmin etmək gücündə deyil, qaldı ki, regiondakı asılı qüvvələrin təhlükəsizliyini təmin etməyə ümid olsun.
Allahın qüdrəti ilə, Fars körfəzi regionunun parlaq gələcəyi Amerika olmayan, xalqlarının rifahı, asayişi və inkişafına xidmət edən bir gələcək olacaqdır. Biz Fars körfəzi və Oman dənizi hövzəsindəki qonşularımızla “Ortaq taleyə” malikik və minlərlə kilometr uzaqdan tamahkarlıqla burada fitnə törədən yadellilərin burada yeri yoxdur, onların yeri yalnız sularının dibində ola bilər. Uca Allahın lütfü ilə, güclü İran strategiyası və müqavimət siyasətləri sayəsində əldə olunan bu qələbə zənciri yeni regional və qlobal nizamın başlanğıcı olacaqdır.
Bu gün İran xalqının möcüzəvi dirçəlişi yalnız sionizmə və qan tökən Amerikaya qarşı mübarizədə canından keçməyə hazır on milyonlarla insanla məhdudlaşmır, həmçinin vəhdət etmiş İslam ümmətinin ön sıralarında, ölkə daxilində və xaricində yaşayan doxsan milyon qeyrətli və şərəfli iranlı bütün milli potensialları — kimlik, mənəvi, insani, elmi, sənaye və əsas və müasir texnologiyaları (nanodan bioya, nüvə və raket texnologiyalarına qədər) öz milli sərvəti hesab edir və su, quru və hava sərhədləri kimi onu qoruyur.
İslami olan İran Hörmüz boğazı üzərində idarəetmə nemətinə əməli şükür edərək, Fars körfəzi regionunu təhlükəsiz edəcək və düşmənin bu su yolundan sui-istifadə imkanlarını aradan qaldıracaqdır. Hörmüz boğazının hüquqi qaydalarının və yeni idarəetmə mexanizmlərinin tətbiqi bütün region xalqlarının xeyrinə olaraq asayiş və inkişafı təmin edəcək və onun iqtisadi nemətləri xalqların qəlbini sevindirəcəkdir, Allahın izni ilə, (necə ki, Quran buyurur:) "Kafirlər istəməsə də."
Seyid Müctəba Hüseyni Xamenei
30.04.2026
30/04/2026

