Təhlil
İnkişaf sionizmin nəzərində
KHAMENEI.IR saytı Hertsldən Ben-Quriona, Netanyahudan Smotriçə qədər sionist başçıların etiraflarını əks etdirən infoqrafika nəşr edir. Bu etiraflar göstərir ki, ərəb ölkələri ərazilərində inkişaf və dominantlıq sionistlərin düşüncəsində sabit prinsipdir.
Sionistlər inkişaf barədə nə deyir?
Sionist rejimin baş naziri Benyamin Netanyahu deyir: “Məndən soruşsalar ki, Böyük İsrailin yaradılması üçün tarixi və mənəvi vəzifəm varmı, cavabım müsbətdir.” (2025)
Bezalel Smotriç 2016-cı ildə knessetin (parlamentin) nümayəndəsi olaraq deyir: ”Qəti və aydın deyirəm, biz elə bir yəhudi dövləti istəyirik ki, onun sərhədləri İordaniya, Ərəbistan, Misirdən İraq, Suriya, Livana qədər uzanır. Böyük İsrailin torpaqlarının əhatəsi geniş olmalıdır.” (2016)
İsrailin 12-ci baş naziri Ehud Olmert 29 mart, 2006-cı ildə deyir: Min illərdir ki, Böyük İsrail röyasını qəlbimizdə daşıyırıq. Biz qəlblərimizdən heç zaman mədəniyyətimizin beşiyi, bir millət olaraq dəyərli xatirələrimizin yer aldığı əraziləri çıxarmayacağıq.” (2006)
İsrailin 7-ci baş naziri İshaq Şamir deyir: “Böyük İsrail əraziləri prinsipinə sadiqik – güzəştə getmədən, ərazi vermədən!” (1990)
Sionist rejimin banisi Teodor Hertsl deyir: “Böyük İsrail ərazisi şərqdə Fərat çayından başlayır, cənubda Nil çayına qədər uzanır.” (1960)
Sionist rejimin bünövrəsini qoyanlardan olan Devid Ben-Qurion deyir: “Bu müharibənin (Süveyş kanalı müharibəsi) əsas məqsədi Davud və Süleyman padşahlığını Tövrat sərhədlərinə qaytarmaqdır.” (1956)
Yenə Devid Ben-Qurion: ”Bizə zorla qəbul etdirilmiş sərhədləri dağıdacağıq.” (1937)
Sionist rejimin sağçılarının atası sayılan Zeev Jabotinski deyir: “Yəhudi dövləti Tövrat sərhədlərinə qədər genişlənməlidir. İordan çayının iki sahili var: bir sahili bizimdir, elə o biri sahili də!” (1931)
Sionist Arqon qruplaşması: “Fələstin və İordaniya vahid yəhudi dövlətinə çevrilməlidir.”
28/09/2025

