logo khamenei

Xəbər

İmam Xomeyni hüseyniyyəsində Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət axşamı münasibətilə keçirilən əzadarlıq mərasimi

İmam Xomeyni hüseyniyyəsində Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət axşamı münasibətilə keçirilən əzadarlıq mərasimi

İmam Xomeyni hüseyniyəsində əzadarlıq mərasiminin dördüncü gecəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə.) şəhadət axşamı mərasimi Ali Məqamlı Rəhbərin iştirakı ilə keçirildi

Bu bazar ertəsi axşamı İmam Xomeyni hüseyniyəsində dördüncü əzadarlıq gecəsi ilə eyni zamanda Həzrət Zəhranın (s.ə) şəhadət axşamı mərasimi Ali Rəhbərin və müxtəlif təbəqələrdən olan minlərlə insanların iştirakı ilə keçirildi.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Məsud Ali çıxış edərək cəmiyyətdə və daha geniş mənada haqq cəbhəsində təsirli olan ictimai məruf (yaxşı işlər) və münkərlərin (pis işlər) rolunu açıqladı və dedi: Həzrət Zəhra (s.ə) öz əməl və kəlamı ilə haqq cəbhəsinin ən böyük mərufunu Həzrət Əmirəlmöminin Əlini (ə) qorudu və vilayət cəbhəsindən sapma kimi ən böyük münkərin baş verməsinin qarşısını almaqla əslində "Haqq cəbhəsinin qoruyucusu" oldu.

Həmçinin mərasimdə cənab Mahmud Kərimi Həzrət Siddiqeyi-Kübra (s.ə) barəsində mərsiyə və növhə oxudu.

24/11/2025