logo khamenei

Xəbər

Minlərlə məddahın və Əhli-beyti (ə) vəsf edənlərin İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşü

Minlərlə məddahın və Əhli-beyti (ə) vəsf edənlərin İmam Xomeyni hüseyniyyəsində  İnqilab Rəhbəri ilə görüşü

Həzrət Fatimə Zəhranın (salamullahi əleyha) mövlud günü münasibətilə bu gün 11.12.2025-ci il tarixdə cümə axşamı səhər saatlarında bir qrup Əhli-beyt (ə) məddahı Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri ilə görüşdü.  

Bu görüşdə Ayətullah Xamenei Həzrət Zəhranın mövludunu təbrik etdi:

"Həzrət Səyyidətün-nisa Siddiqeyi-Tahirənin (salamullahi əleyha) mövludunu təbrik edirəm".
 


İnqilab Rəhbəri o Həzrət barədə belə qeyd etdi:

"Həzrət Fatimeyi-Zəhra (s) dindarlıq, ədalət tələb etmək və cihad nümunəsi idi".
 


O Həzrət məddahlığı müqavimətin əsas dayağı kimi vəsf etdi və buyurdu:

"Bu gün məddahlıq müqavimət ədəbiyyatının əsas dayaqlarından biridir. Əgər bir fikir olsa, lakin ona uyğun ədəbiyyat olmasa, həmin fikir  aradan gedər. Müqavimət ədəbiyyatını genişləndirən əsas mənbələrdən biri isə məddahlıq və heyətlərdir".
 


İnqilab Rəhbəri milli müqavimətin nə demək olduğunu açıqladı:

"Milli müqavimət nə deməkdir? Yəni düşmənin bir xalqı təslim olmağa məcbur etmək üçün tətbiq etdiyi istənilən təzyiqə qarşı tab gətirmək. Bu təzyiq hərbi, iqtisadi, sanksiya, media təbliğatı və ya casus yetişdirmə formasında ola bilər".
 


Ayətullah Xamenei düşmənin yaratdığı müxtəlif təzyiqlər barədə belə buyurdu:

"Düşmənin təzyiqi qarşısında dayanmaq müqavimətdir. Bu təzyiqin məqsədi ərazi genişləndirmək ola bilər; elə indi amerikalıların bəzi Latın Amerikası ölkələrinə qarşı etdikləri kimi, yaxud mədəni və dini məsələlər, yaxud da yaşam tərzini və kimliyi dəyişdirməyə yönəlmiş təzyiqlər".
 


İnqilab Rəhbəri düşmənin gördüyü işlərin ağırlığı barədə belə buyurdu:

"Düşmənin İran xalqına qarşı gördüyü bəzi işlər hər hansı bir ölkəyə və xalqa qarşı tətbiq olunsaydı, onları alt-üst edərdi. Lakin İslam Respublikası böyük dirənişlə və tam müqavimətlə duruş gətirdi".
 


O Həzrət İran əleyhinə media mübarizəsinin getdiyini vurğuladı:

"Biz hərbi toqquşmalardan daha çox, geniş bir cəbhə ilə aparılan təbliğat və media mübarizəsinin mərkəzindəyik. Kimlə? Geniş bir cəbhə ilə. Düşmən başa düşdü ki, bu ölkəni təzyiq və hərbi vasitələrlə ələ keçirmək mümkünsüzdür".
 


İnqilab Rəhbəri düşmənin qəlbləri və fikirləri dəyişmək istədiyini qeyd etdi:

"Düşmən anladı ki, uğur qazanmaq istəyirsə, qəlbləri, beyinləri və düşüncələri dəyişməlidir. Düşmənin ölkəmizdəki hədəfi inqilabi məfhumları sıradan çıxarmaqdır. Biz isə, əlbəttə ki, onların qarşısında möhkəm durmuşuq".
 


Ayətullah Xamenei xüsusi hərbi düzülüş almağın zəruriliyini vurğuladı:

"Hərbi məsələlərdə sıralarımızın düzülüşü düşmənin hədəfindən asılıdır, düşmənin müəyyən bir nöqtəyə hücum etmək istədiyini görəndə, onu uğursuzluğa uğratmaq üçün xüsusi hərbi düzülüş alırıq. Bu iş təbliğat sahəsində də həyata keçirilməlidir".
 


"İslam, yəni sədaqət və səfa. İslam, yəni xeyirxahlıq və ədalət tələb etmək", – deyə o Həzrət bildirdi.

11/12/2025