Xəbər

Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədov Həzrət Ayətullah Xamenei ilə görüşü

Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədov Həzrət Ayətullah Xamenei ilə görüşü

Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti 28.08.2024-cü il tarixdə çərşənbə günü günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib.

Bu görüşdə Ayətullah Xamenei İran və Türkmənistan əlaqələrinin genişləndirilməsini qeyd etdi:
"İran və Türkmənistan əlaqələrinin genişləndirilməsinin bir çox üstünlükləri vardır. Bu əlaqələr son illərdə yaxşı formada genişlənib, lakin daha çox əməkdaşlıqlar üçün bir çox imkanlar da mövcuddur ki, onlardan istifadə olunmalıdır".

O Həzrət daha sonra iki ölkə arasındakı inkişaf layihələrinin daha da artırılmasını vurğuladı:
"İki ölkə arasında Cənub-Şimal avtomobil yolu və Türkmənistan qaz kəmərinin inkişafı kimi layihələr iranlı ekspert və mütəxəssislərin iştirakı ilə İran və Türkmənistan arasındakı səmimi dostluq əlaqələrini öncəkindən daha da gücləndirəcəkdir".

28/08/2024