Xəbər
Şeyx Hüseyn Mətuq, görkəmli hövzə alimi və Küveyt Milli Koalisiyasının baş katibi, “Hikayətüs-Seyyid” kitabının təqdimat mərasimində çıxışı
Şəhid Xamenei izzət, şərəf və dünya hegemonluğunun qarşısında şücaətli müqavimətdə öz cəddinə bənzəyirdi
Bu anlarda və bu mübarək məkanda bir araya toplaşmışıq ki, İmam Xameneinin öz alim, mücahid, təqvalı və fəqih atası haqqında buyurduqlarını izah edək. Beləliklə, əvvəlcə onun atasının İslam ümməti və İranda imanlı, pak və saleh bir mühitin qurulmasındakı rolu ilə tanış olaq. O şəxs mübarək İslam İnqilabının özəyindən yüksəldiyi mühitin formalaşmasına zəmin yaradanlardan biri idi. Həmçinin, İmamın şəxsiyyətinin mühüm bir tərəfi ilə tanış oluruq, o da budur ki, bu böyük alim necə bir mühitdə tərbiyə almışdı. Elə bir mühit ki, İslamı anlayır, dərk edir, onunla yaşayır və Allah-təala ilə bağlılığı var idi.
İmam Xamenei üç onillikdən artıq müddətdə İslam ümmətini tərəqqiyə doğru yönəldən, İmam Xomeyninin yolunu davam etdirən və dünyada küfr və azğınlıq qarşısında yeni İslam sivilizasiyasının əsaslarını qoyan bir rəhbər kimi, iman, təqva və Allahla bağlılıq əsasında qurulmuş həmin şəxsiyyətdən ilham almışdır. Bu məsələ atasının Allah-təala ilə olan əlaqəsi ilə yanaşı, böyük əhəmiyyət daşıyır.
İnsanların onun Allah-təala ilə olan rabitəsini tanıması mühümdür. Ayətullah Şeyx Misbah Yəzdi (Allah ona rəhmət eləsin) buyururdu: “Allaha and olsun, mən bu kişinin zöhdünə sahib başqa bir adam tanımıram.” Bu şəxs gecələrini ibadət və Allah-təalanın dərgahında münacatla keçirirdi. Vaxtının böyük hissəsini Allahla rabitəyə ayıran bu İlahi şəxsiyyət öz əlaqəsini Allahla qurdu və ümmətə rəhbərlik etdi, onun rəhbərliyi cəddi Əli ibn Əbu Talibın rəhbərliyinin davamı idi. O, izzət, kəramət, ucalıq və dünya hegemonluğunun qarşısında şücaətli özvə qüdrətli dayanışında öz cəddi Əli ibn Əbu Talibə və Hüseyn ibn Əliyə bənzəyirdi.
Biz elə bir şəxsiyyətlə qarşı-qarşıyayıq ki, Peyğəmbər (s) “Alimlər peyğəmbərlərin varisləridir” buyurduqda, məhz belə bir nümunə nəzərdə tutulur, yoxsa məsuliyyətsiz yaşayan bir insan yox. Alim İslam və bəşəriyyət qarşısında məsuliyyətini öz üzərinə götürdükdə və öz rolunu izzət və kəramətlə yerinə yetirdikdə, o, peyğəmbərlərin yolunun davamçısı olan alimdir.
Ey şəhid imam, sənin yoxluğunla sanki biz Əli ibn Əbu Talibi, Allahın Rəsulunu və Hüseyn ibn Əlini itirmişik. Çünki sən onların təbii formada olan davamı idin, onların yolunu tutmuş və onların sirəsini həyata keçirmişdin.
Allah-təaladan istəyirik ki, bizi sənin yolunun davamçılarından qərar versin və inşallah, müsəlmanların əmir sahibi Ayətullah Seyid Əli Xameneinin və onun övladı Seyid Müctəba Xameneinin bayrağı altında — hansı ki, bu böyük şəxs sizin və Ruhullah Xomeyninin yolunun təbii formada olan davamıdır — bu yolu davam etdirəcəyik.
Bu gün, əlhəmdulillah, biz bu hərəkatın təbii davamını yaşayırıq. (Ey şəhid rəhbərimiz)... necə deyərlər, sən öz gəncliyinlə geri döndün, elə bu böyük rəhbərliyin simasında ki, biz onunla birlikdə İsrailin devrilməsi və məhv edilməsi yolunu davam etdirəcəyik. Bu hadisə çox yaxındır. Biz Allahın vədinə inanırıq: “Allahın vədi haqdır. Elə isə qoy yəqin etməyənlər səni süstlüyə və təşvişə salmasınlar.”
18/05/2026

