logo khamenei

İslam İnqilabının Ali Rəhbərinin şəhid Rəhbərin təyin etdiyi şəxslərin xidmətlərini davam etdirməsi barədə göstərişi

İslam İnqilabının Ali Rəhbərinin şəhid Rəhbərin təyin etdiyi şəxslərin xidmətlərini davam etdirməsi barədə göstərişi

İslam İnqilabının Ali Rəhbəri Seyid Müctəba Hüseyni Xamenei yazılı müraciətində şəhid Rəhbər tərəfindən birbaşa təyin olunmuş rəhbər və məsul şəxslərin öz vəzifələrini davam etdirmələrini vurğulayıb.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Allahın adı ilə

Şəhid Rəhbər (Allah pak nəfsini müqəddəs etsin) tərəfindən birbaşa təyin olunmuş bəzi idarə rəhbərləri və məsul şəxslərin sorğusundan sonra bildirirəm ki, hələlik heç birinin yeni hökm (təyinat qərarı) almasına ehtiyac yoxdur və onlar həmin böyük şəxsiyyətin həyatda olduğu dövrdə aldıqları siyasət və göstərişlər əsasında öz işlərini davam etdirməlidirlər.

Hamının öz məsuliyyətlərini yerinə yetirməsində Uca Allahdan müvəffəqiyyət diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei
 

16/03/2026