Xəbər
Mücahid şəhid Həzrət Ayətullah əl-Üzma İmam Xameneinin (Allah məqamını daha da uca etsin) qanlı şəhadət zirvəsinə ucalmasının anım qərargahının 3 saylı məlumatı
Bağışlayan və mehriban Allahın adı ilə
“Möminlər içərisində Allahla bağladıqları əhdə sadiq qalan kişilər vardır. Onlardan bəziləri öz əhdini yerinə yetirib (şəhadətə qovuşub), bəziləri isə gözləməkdədir. Onlar əhdlərini əsla dəyişməyiblər.”
Dünya şiələrinin böyük təqlid mərcəsi, İslam İnqilabının müdrik Rəhbəri və haqq, müqavimət cəbhəsinin bayraqdarı, mücahid şəhid Həzrət Ayətullah əl-Üzma İmam Seyid Əli Hüseyni Xameneinin (Allah məqamını uca etsin) qanlı şəhadətindən sonra İslam aləmi ömrünü haqq sözünün ucaldılmasına, İslamın müdafiəsinə, xalqa xidmətə və İslam ümmətinin hidayətinə həsr etmiş böyük bir şəxsiyyətin matəminə bürünüb.
Həmin şəhid Rəhbər möhkəm imanı, ixlaslı mübarizəsi, sarsılmaz səbir və İlahi bəsirəti ilə daim əziz İranın müstəqillik bayrağını, İslam ümmətinin hidayət və izzətini uca tutub. O misilsiz şəxsiyyətin adı və xatirəsi əziz İranın, İslam dünyasının tarixində və dünyanın bütün azad insanlarının qəlbində əbədi yaşayacaqdır.
Mücahid şəhid Həzrət Ayətullah əl-Üzma İmam Xameneinin (Allah şərəfli məqamını uca etsin) qanlı şəhadət zirvəsinə ucalmasının anım mərasimi üzrə qərargahı Həzrət Vəliyyi-Əsrə (Allah zühurunu tezləşdirsin), İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah ömrünü uzun etsin), eləcə də haqq yoluna bağlı bütün azad xalqlara başsağlığı verir, İslami olan İranın, İslam və İnqilabın bütün aşiq və tərəfdarlarının səmimi və möhtəşəm iştirakına görə dərin təşəkkürünü bildirir.
Qərargahın əvvəlki məlumatlarına və görülmüş hazırlıq işlərinə əsasən, hörmətli xalqın nəzərinə çatdırılır ki, şəhid mücahid İmamın və ailə üzvlərinin – hörmətli şəhidlər doktor Misbahül-Hüda Baqiri Kəni, Seyidə Büşra Hüseyni Xamenei, Zəhra Həddad Adil və Zəhra Məhəmmədi Gülpayqaninin (Allah hamısına rəhmət etsin) pak cənazələri ilə vida, dəfnə yola salma və torpağa tapşırılma mərasimləri aşağıdakı qaydada keçiriləcək:
4 və 5 İyul 2026-cı il (şənbə və bazar), məhərrəm ayının 19 və 20-si:
Tehrandakı İmam Xomeyni (r.ə.) Müsəllasında pak cənazələrlə vida mərasimi.
6 iyul 2026-cı il (bazar ertəsi), məhərrəm ayının 21-i:
Tehran şəhərində dəfnə yola salma mərasimi.
7 iyul 2026-cı il (çərşənbə axşamı), məhərrəm ayının 22-si:
Müqəddəs Qum şəhərində dəfnə yola salma mərasimi.
9 iyul 2026-cı il (cümə axşamı), məhərrəm ayının 24-ü və İmam Səccadın (ə) şəhadət gecəsi:
Məşhəd şəhərində dəfnə yola salma mərasimi və dəfn mərasimi İmam Rzanın (əleyhissalam) müqəddəs hərəmində keçiriləcək.
Hörmətli xalq, dünyanın azad insanları, İslam məktəbinin tərəfdarları və İrana rəğbət bəsləyən hər kəs bu möhtəşəm mərasimlərdə iştirak etməyə və şəhid Rəhbəri son mənzilə yola salmağa dəvət olunur.
Sonda bu tədbirin keçirilməsi üçün geniş hazırlıq və təşkilati işlər görən aidiyyəti qurumlara və xalq qruplarına təşəkkür edilir. Eyni zamanda vurğulanır ki, bu mərasimlərin əsas yükünü matəmin həqiqi sahibləri olan hörmətli və hər zaman meydanda olan xalq daşıyacaq və inşallah, misilsiz bir xalq həmrəyliyi nümayiş etdiriləcək.
Mərasimlərin təfərrüatları sonradan ictimaiyyətə açıqlanacaqdır.
Şəhid İnqilab Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi
13 iyun 2026
13/06/2026
