Xəbər
Şəhid mücahid İmam, Həzrət Ayətullah əl-Üzma Xameneinin (Allah məqamını uca etsin) qanlı şəhadət zirvəsinə ucalmasının anım qərargahının 1 saylı məlumatı
Bağışlayan və mehriban Allahın adı ilə
Mübarək Qədir-Xum bayramını təbrik edir, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (Allah rəhmət eləsin) vəfatının otuz yeddinci ildönümünü ehtiramla yad edərək, böyük İran xalqının, dünya azadlıqsevərlərinin və İslam İnqilabının şəhid Rəhbəri Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin (Allah məqamını uca etsin) sevənlərinin nəzərinə çatdırırıq ki, şəhid mücahid imamımızla vida, onun dəfn mərasimi və torpağa tapşırılması ilə bağlı təntənəli tədbirlərin keçirilməsi üçün zəruri hazırlıqlar məsul qurumlar və xalq qrupları tərəfindən davam etdirilir. Buna görə də bu hadisənin təfərrüatları barədə yayılan şayiələr və bəzi media fərziyyələri etibarsızdır.
Bu böyük hadisə ilə bağlı proqramlar, media fəaliyyətləri və digər təfərrüatlar şəhid mücahid İmam Həzrət Ayətullah əl-Üzma Xameneinin (Allah məqamını uca etsin) qanlı şəhadət zirvəsinə ucalmasının anım qərargahının növbəti məlumatlarında elan ediləcəkdir, inşallah.
İslam İnqilabının şəhid Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi
03.06.2026
04/06/2026
