Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İnqilabın Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı tətbiq olunmuş birinci müharibənin ilk günlərinin ildönümü və İran xalqının səkkizillik, unudulmaz Müqəddəs Müdafiə günləri münasibətilə yayımladığı müraciətində dünya hegemonlarının İnqilabın ilk onilliyində müharibəni İrana tətbiq etməklə ölkəni gerilik, zillət və xarlıq, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğuladı: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha qüdrətli və daha güclü şəkildə, daha gur səslə və daha uca qanad çalaraq, Simurq quşu kimi yenidən ucaldı. Bu, sonrakı düşmənlərin yaratdığı hadisələr zamanı da həmin sistemin dəyişməz xüsusiyyətinə çevrildi. İndi isə həmin Simurq düşmənin, xüsusilə də son iki tətbiq olunmuş müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi, hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman sərkərdəsi və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü yad edərək, Livan Hizbullahının baş katibi cənab Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin müqavimətini və Aşura ruhiyyəli mübarizəsini yüksək qiymətləndirərək qeyd etdi: Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əzəmətli və qürurverici, sionist düşmənin qarşısında isə ümidlərini dünya hegemonlarına və öz bədxahlarının yalan vədlərinə bağlayanlar üçün zillət gətirən və nəhayət, onları rüsvay edən günlərdir. İnqilabın Ali Rəhbərinin müraciətinin mətni belədir:
28/09/2026
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei, İslam İnqilabının Ali Rəhbərinin şəhadəti münasibətilə əhali sahəsində fəaliyyət göstərən bir qrup xalq fəalının sevgi və başsağlığı məktubuna cavab olaraq, əhalinin artırılması məsələsi və onun İslami olan İranın gücü və sivilizasiyası ilə əlaqəsinə toxunub, əhali sahəsində çalışan xalq fəallarının və övlad sahibi olma mədəniyyətinin təşviqi istiqamətində daha artıq səylər göstərməsini vurğulayıb.
19/05/2026
İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fars dili günü və Əbülqasım Firdovsinin anım günü münasibətilə yayımladığı mesajda fars dili və ədəbiyyatının İslami olan İranın zəngin mədəniyyət və sivilizasiyasını dünya miqyasında yaymaq üçün geniş imkanlara malik olduğunu vurğulayaraq qeyd etdi: iştirakın, müdafiə və qələbənin qəhrəmanlıq dastanı mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin üzərinə böyük vəzifə qoyur ki, Firdovsi kimi ayağa qalxsınlar və incəsənət xadimlərinin dirçəlişini xalqın dirçəlişinin davamına çevirsinlər; düşüncə, qələm və dili incəsənətlə birləşdirib millətin böyük qiyamının qəhrəmanlıq dastanını tarixdə əbədiləşdirsinlər. İslam İnqilabı Rəhbərinin mesajının mətni belədir:
15/05/2026
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və "Lalələrin qonaqlığı" günü münasibətilə göndərdiyi müraciətdə şəhadəti mübarizənin mükafatı adlandıraraq vurğuladı ki, millətlər bu mücahidliklə inkişaf edir və bu şəhadətlərlə təzahür və parlaqlıq qazanırlar.
27/09/2025
İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.
01/08/2025
Bunu dünyanın bütün güc sahibləri və hegemonları bilməlidirlər ki, İran xalqı heç bir gücə boyun əyməyəcək.
06/07/2025
Düşmənlər İslam İnqilabının qələbəsinin əvvəlindən müxtəlif yollarla millətimizə təlqin edirdilər ki, Amerika, İngiltərə və sionistlərdən qorxmalısınız. Şəhidlər öz fədakarlıqları ilə bu psixoloji savaşı zərərsizləşdirdilər.
05/07/2025
İran və Pakistan arasında münasibətlər həmişə isti və qardaşcasına olub. Səddamın İrana qarşı tətbiq etdiyi müharibə zamanı Pakistanın yaxşı mövqeyi bu qardaşcasına münasibətlərə misaldır.
27/05/2025
İranlı xilasedicilər insansevərlik xüsusiyyətinin təcəssümü idilər. İran əleyhinə Saddamın müharibəsi zamanı xilasedicilər hətta əsir düşmüş və yaralanmış düşmənə də yardım edirdilər.
17/05/2025
Bu Livan və Fələstin hadisələri də eynilə bizim təhmili döyüş (İran-İraq döyüşü) və Müqəddəs Müdafiə illəri hadisəsi kimidir, bu da Allah yolunda cihaddır. İslami olan bir ölkə, yəni Fələstin dünyanın ən xəbis kafirləri tərəfindən qəsb edilib, Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür.
18/11/2024
Müqəddəs Müdafiə Həftəsinin 5-ci günündə müharibə qabaqcılları, cihad və Müqəddəs Müdafiə illərinin veteran və fəallarından ibarət bir dəstə çərşənbə günü 25.09.2024-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
25/09/2024