İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi. Seyid Əli Xamenei 17.08.1985
31/12/2025
Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
01/09/2025
Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq. İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir. Həmrəzmane- Hüseyn, səh 333
01/09/2025
Tərəfdarlar, şiələr, müxaliflər, ona etiqadı olmayanlar – bunların hamısı İmam Həsən Əskərinin (əleyhissalam) fəzilətinə, elminə, təqvasına, habelə paklığına, ismətinə, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısındakı səbri və möhkəmliyinə şahidlik edib etiraf etdilər. Bu böyük insan, bu möhtəşəm şəxsiyyət şəhid olduqda cəmi iyirmi səkkiz yaşı var idi, beləliklə bu, nümunə olur. Seyid Əli Xamenei 29.02.2012
25/08/2025