İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi. Seyid Əli Xamenei 08.09.1983
02/01/2026
Həzrət Zəhranın (s) şəxsiyyətinə “kamil insan” nümunəsi ilə baxış
08/12/2025
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur. Seyid Əli Xamenei 04.10.1995
27/10/2025
Peyğəmbərin İlahi və təbii bir heybəti vardı və onun hüzurunda camaat özünü itirirdi, amma o, insanlarla nəvaziş və gözəl əxlaqla davranırdı. Bir cəmlə oturduğu zaman isə onun peyğəmbər və bu toplumun rəhbəri, böyüyü olduğu seçilmirdi. Seyid Əli Xamenei 27.09.1991
19/09/2025
Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir. Seyid Əli Xamenei 27.09.1991
15/09/2025
Həzrət Peyğəmbərin (s) misilsiz həyatı və şəxsiyyəti İslam tarixinin bütün dövrləri üçün daimi bir dərs və örnəkdir. Quran bu barədə buyurur: "Allahın Rəsulunda sizlər üçün gözəl nümunələr var". Onun bu mübarizliyi sayəsində İslam təlimləri bütün tarix boyu yayılmışdır. Bu təlimlər yalnız müsəlmanlara aid deyil, bütün bəşəriyyət İslamın təlimlərinin yayılmasından faydalanır.
14/09/2025