Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Tərəfdarlar, şiələr, müxaliflər, ona etiqadı olmayanlar – bunların hamısı İmam Həsən Əskərinin (əleyhissalam) fəzilətinə, elminə, təqvasına, habelə paklığına, ismətinə, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısındakı səbri və möhkəmliyinə şahidlik edib etiraf etdilər. Bu böyük insan, bu möhtəşəm şəxsiyyət şəhid olduqda cəmi iyirmi səkkiz yaşı var idi, beləliklə bu, nümunə olur. Seyid Əli Xamenei 29.02.2012
25/08/2025
Qədir-Xum bayramı günündə xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm hərəkət, insanların cümə namazlarında iştirakı, namazdan sonrakı yürüşləri və bu kimi yığıncaqlar – bütün bunlar, əziz İran xalqında ağıl və mənəviyyatın, şücaət və zamana uyğun addım atmaq anlayışı ilə birgə möhkəm bərqərar olduğunu göstərir.
22/06/2025
İranın əzəmətli xalqını salamlayıram. Düşmənlərin son günlər ölkəmizə qarşı törətdiyi bu məsələdə əziz millətimizin davranışını tərifəlayiq bilirəm. İran xalqı sübut etdi ki, həm təmkinlidir, həm şücaətlidir, həm də atdığı addımın yerini və zamanını biləndir.
22/06/2025
Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.
21/06/2025
Sionist rejimin milli medianın xəbər studiyasına təcavüzkar hücumu zamanı Xəbər kanalının aparıcısının şücaət və müqavimət göstərdiyi tarixi səhnə
18/06/2025
Siz həyatda şücaət və özünəinamla hərəkət etməlisiniz. Bu şücaət və özünəinam halı Allahla olan bağlılıqdan ələ gəlir.
12/12/2016