İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanmasının tamamilə İran istehsalı olan Dena adlı esmenes və Məkran gəmi - limanı vasitəsilə bir səfərdə 360 dərəcə iftixar doğuran və uğurla üç okeanı səyahət edə bilməsi, dörd yarımkürəni keçməsi və sonra da Vətənə qayıtması bir növ İran İslam Respublikasının Dəniz Qüvvələrinin qüdrətinin göstəricisi idi. Hərəm müdafiəsi şəhidlərinin ildönümü və bu şəhidlərin sərvəri sayılan İslamın əziz generalı Hacı Qasim Süleymaninin xatirəsi üçün azeri.khamenei.ir mediası "Ağır intiqam" klipini yayımladı. Hacı Qasimin şəhadəti münasibətilə İnqilab Rəhbərinin verdiyi mesajın bir hissəsi: "Ağır intiqam öz napak əlini dünən axşamkı hadisədə onun (Hacı Qasimin) və başqa şəhidlərin qanına bulaşdıran cinayətkarların intizarındadır". Seyid Əli Xamenei 03.01.2020
10/08/2023
İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri bu gün 06.08.2023-cü il tarixdə bazar günü səhər Ayətullah Xamenei ilə görüşüblər. Bir neçə müddət öncə 86-cı Hərbi Dəniz Donanması Yer kürəsini səkkiz aydan sonra 360 dərəcə dövr etməyi ilə öz dənizçilik fəaliyyətini uğurla başa vurdu.
07/08/2023
86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti təhlükəsizlik təmin edən bir hərəkət idi. Sizin okeanın uzaq nöqtələrində, Sakit, Atlantik okeanı və s. ucqar nöqtələrində olmağınız ölkənin təhlükəsizliyinə bir töhfə idi.
07/08/2023
Böyük bir missiyanı yerinə yetirmiş və dünyanı uğurla dövr etmiş sizlərə– 86-cı Hərbi Donanmanın hər bir üzvünə və həmçinin ailələrinizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin etdiyiniz iş böyük bir iftixardır. Bu bizim ölkənin dənizçilik tarixində görünməmiş bir işdir.
06/08/2023
Bu gün dünya ticarətinin 90 faizi dəniz yolu ilə həyata keçirilir. Dəniz yolu ilə yükdaşıma və nəqliyyat ən əhəmiyyətli beynəlxalq yükdaşıma və nəqliyyatın bir hissəsidir. Biz də xoşbəxtlikdən bir neçə min km dəniz sərhədinə sahib ölkələrdən biriyik. Ölkənin şimalında dəniz varımızdır, ölkənin cənubunda dəniz və okean varımızdır. Bunlardan (bu imkanlardan) çox istifadə etməliyik.
06/08/2023
365 nəfərlik bir qrupun dünya ətrafında 65000 km yol qət etməsi və 8 ay müddətində su üzərində qalması dünyada böyük və nadir bir işdir. Üç okeanı səhayət etdiniz və başıuca şəkildə Vətənə qayıtdınız.
06/08/2023
86-cı Hərbi Dəniz Donanmasının dünya ətrafında çətin boğazlardan və su yollarından keçməsi "Nə qədər bacarırsınız, hazırlıqlı olun" ayəsinin bir nümunəsi idi. Sizin gördüyünüz iş zehinlərdə "Biz bacarırıq" şüarını gücləndirdi. Düşmən bunu görəndə özünü yığışdırmağa məcbur olur.
06/08/2023
Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bu gün amerikalılar neft tankerlərinə təcavüz edir, dəniz qaçaqmalçılığı ilə məşğul olan qruplara kömək edirlər.
06/08/2023
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur.
06/08/2023
İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri bu gün 06.08.2023-cü il tarixdə bazar günü səhər Ayətullah Xamenei ilə görüşüblər. Bir neçə müddət öncə 86-cı Hərbi Dəniz Donanması Yer kürəsini səkkiz aydan sonra 360 dərəcə dövr etməyi ilə öz dənizçilik fəaliyyətini uğurla başa vurdu.
06/08/2023