Həzrət Ayətullah Xamenei, İslam İnqilabı Rəhbərinin bu gün geniş şəkildə keçirilən xalq yığıncağı və bu baş verən tarixi gün münasibətlə şəni uca olan İran xalqına təşəkkürü və etdiyi təkid: İran xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər. KHAMENEI.IR mediası bu münasibətlə 2026-cı il yanvar ayındakı iğtişaşlara etiraz olaraq Tehran əhalisinin İnqilab meydanında yığıncağından bir görüntüsünü təqdim edir.
12/01/2026
Həzrət Ayətullah Xamenei, İslam İnqilabı Rəhbərinin bu gün geniş şəkildə keçirilən xalq yığıncağı və bu baş verən tarixi gün münasibətlə şəni uca olan İran xalqına təşəkkürü və etdiyi təkid: İran xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər.
12/01/2026
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
İslam Şurası Məclisi üçün diplomatiya sahəsində fəaliyyət nümunələrindən biri həmin Qəzza məsələsidir. (Bu mövzuda) Rahat oturmayın, sakit qalmayın... Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi sistem qəsbkar sionist rejimin arxasında dayanaraq, bir müqavimət qrupu ilə döyüşürlər, amma bununla belə, onları diz çökdürə bilmirlər. HƏMAS və müqaviməti diz çökdürə bilmədiklərinə görə öz hiddətlərini xalqın üzərinə tökürlər.
05/07/2025
Bu gün həm İran millətini istəyənlərin, həm bədxahların və həm də milli və siyasi mötəbər mövqelərə sahib olanların gözü İrandadır və istəyirlər ki, görsünlər, İran milləti bu seçkilərdə nə edir və nəticə nə olacaqdır.
07/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
05/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
02/03/2024
Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
27/02/2024
Qısa müddət ərzində iki mühüm beynəlxalq müqaviləyə (BRICS və Şanxay) üzv olmaq böyük uğur idi. Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, bu beynəlxalq müqavilələrin təsisçilərinin ölkəmizin onların üzvü olmağı üçün meyil və israrları vardır.
31/08/2023
İslam Respublikasında hazırkı dövlətin (Rəisi) qonşularla münaqişələrin həlli, ölkələrlə və qitələrlə, o cümlədən Cənubi Amerika, Şərqi Asiya və Afrika ilə çoxsaylı və müxtəlif əlaqələrlə bağlı siyasəti çox yaxşı və doğru siyasətdir.
31/08/2023