Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İnqilabın Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı tətbiq olunmuş birinci müharibənin ilk günlərinin ildönümü və İran xalqının səkkizillik, unudulmaz Müqəddəs Müdafiə günləri münasibətilə yayımladığı müraciətində dünya hegemonlarının İnqilabın ilk onilliyində müharibəni İrana tətbiq etməklə ölkəni gerilik, zillət və xarlıq, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğuladı: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha qüdrətli və daha güclü şəkildə, daha gur səslə və daha uca qanad çalaraq, Simurq quşu kimi yenidən ucaldı. Bu, sonrakı düşmənlərin yaratdığı hadisələr zamanı da həmin sistemin dəyişməz xüsusiyyətinə çevrildi. İndi isə həmin Simurq düşmənin, xüsusilə də son iki tətbiq olunmuş müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi, hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman sərkərdəsi və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü yad edərək, Livan Hizbullahının baş katibi cənab Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin müqavimətini və Aşura ruhiyyəli mübarizəsini yüksək qiymətləndirərək qeyd etdi: Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əzəmətli və qürurverici, sionist düşmənin qarşısında isə ümidlərini dünya hegemonlarına və öz bədxahlarının yalan vədlərinə bağlayanlar üçün zillət gətirən və nəhayət, onları rüsvay edən günlərdir. İnqilabın Ali Rəhbərinin müraciətinin mətni belədir:
28/09/2026
Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu.
24/10/2024