yunun 5-də Fələstinin əl-Xəlil şəhərində bir fələstinlinin avtomobili hədəfə alınıb. Həmin hadisə zamanı 7 aylıq fələstinli körpə Sam Fəhd Əbu Heykəl anasının qucağında olarkən israilli əsgərin açdığı atəş nəticəsində başından vurularaq öldürülüb. Körpənin ailə üzvləri hadisənin şahidi olublar.
08/06/2026
Sionist rejimin cinayətləri tarixdə qalacaq. Kitablarda yazılacaq ki, bir zamanlar bu bölgədə bir qrup hakimiyyətə gəldi və belə cinayətlər törətdi. Qısa bir müddət ərzində minlərlə uşaq və qadını öldürdülər. 09.01.2024
18/10/2025
Sionist rejimin Qəzza xalqına qarşı törətdiyi vəhşi və amansız hərəkət yalnız həmin rejimin deyil, Amerikanın da abrını apardı. Həmçinin tanınmış Avropa ölkələrinin, hətta Qərb sivilizasiyası və mədəniyyətinin də abrını apardı. 29.11.2023
01/10/2025
Məhəmməd Əl-Durranın qanı o zaman Hind Rəcəbin həyatını hifz edə bilərdi ki, dünya xalqları bu cinyətlərin qarşısını almaq üçün əsaslı və real addım atmış olaydılar.
29/09/2025
“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik. Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür. Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006 Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987 Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006 Həzrət Ayətullah Xamenei
26/09/2025
Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub. Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər.
16/08/2025
Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.
05/06/2025
Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!
20/05/2025
Siz əgər müharibə aparırsınızsa, hərbçi ilə hərbçi vuruşsun. Niyə Qəzzada mülki vətəndaşları öldürürlər? Niyə evləri dağıdırlar?
16/05/2025
Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun.
14/05/2025
Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
03/11/2024