Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri. Seyid Əli Xamenei 25.06.2024
03/01/2026
(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu. Seyid Əli Xamenei 27.12.1997
03/01/2026
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır. Seyid Əli Xamenei 29.12.2007
03/01/2026
Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi. Seyid Əli Xamenei 22.06.1984
03/01/2026
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi. Seyid Əli Xamenei 31.12.1999
03/01/2026
Qədir-Xum bayramını təbrik edirəm. Bu, həqiqətən də, bütün İslam aləmi üçün böyük bir bayramdır. Qədir-Xum hadisəsində diqqət yetirilməli məzmunlar olduqca genişdir və İslami mərifətə aparıb çıxarır. Söhbət təkcə Əmirəlmömininin vilayətə təyin olunmasından getmir, bunun kölgəsində başqa mühüm məfhumlar da mövcuddur.
16/06/2025
Biz inanırıq ki, Qədir-Xumun mesajı və Əli ibn Əbi Talibin (əleyhis-salam) imamətə təyin olunması hadisəsi iki ayrı mesajdır: Bir mesaj Əli ibn Əbi Talibin hakimiyyətidir. İkinci mesaj isə bizim bu gün ona çox ehtiyac duyduğumuz İslam hakimiyyətinə əhəmiyyət vermək məsələsidir. Heç bir məsələni Peyğəmbər bu qədər ciddi şəkildə bəyan etməmişdi.
14/06/2025
Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.
15/12/2024
Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur.
25/06/2024
Həzrət Adəmin zamanından başlayan peyğəmbərlik və risalət silsiləsi və dinlə siyasətin pik həddə yeni formada və metodla birləşməsinin bir (İlahi) sünnətə çevrilməsi və cəmiyyətin hidayətini zəmanət altına alması Qədir-Xum hadisəsində baş verdi.
25/06/2024
Əgər vilayət İslami olarsa, Əmirəlmöminin Əlinin kölgəsi altında yaşayış mömin, hətta fasiq və kafir üçün, bir sözlə, hər kəs üçün hasil olacaqdır. Hətta kafirlər belə, orada rahat həyat sürəcəklər. Belə deyil ki, orada təkcə təqvalı insanlar rahat olsunlar, təqvalı olmayanlar da o mühitin təhlükəsizliyindən, bərabərliyindən, ədalətindən və o mühitin mənəvi hüzurundan istifadə edəcəklər. Əgər hökumət İlahi olmazsa, cəmiyyət, daxilində ayrı-seçkilik hökm sürən bir cəmiyyət olacaqdır.
25/06/2024
Qədir-Xum hadisəsi İslamın həqiqi ruhu və məzmunundan qayanaqlanan bir hadisədir. Allah-təalanın Peyğəmbərə (s) vəfatından təqribən yetmiş gün öncə "Sənə əmr etdiyimi insanlara çatdır, əgər çatdırmasan, öz risalətini yerinə yetirməmisən", –deyə buyurması onu göstərir ki, İslamın həqiqi ruh və məzmunu Qədir-Xumda mövcuddur.
25/06/2024