Peyğəmbər insanları hərəkət və qiyama çağırdı. Allah üçün edilən qiyam bəşər həyatının bütün şəraitlərində təsirli və faydalıdır. Seyid Əli Xamenei 24.09.2003
23/01/2026
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır. Seyid Əli Xamenei 29.12.2007
03/01/2026
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir. Seyid Əli Xamenei 08.05.1981
24/12/2025
İmam Baqir “Baqirul-elm”dir, yəni yalan, hiylə, riya, təhrif qatına bükülmüş islami həqiqətləri və məfhumları yarıb, o qəlbi, canı haqqa can atanların zehninə atdı. Bu, İmamlarımızın mübarizəsinin başqa bir guşəsidir. Həmrəzmane Hüseyn kitabı, səh.142
23/12/2025
Həzrət Zəhranın (s) şəxsiyyətinə “kamil insan” nümunəsi ilə baxış
08/12/2025
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı. Seyid Əli Xamenei 03.12.2025
03/12/2025
KHAMENEI.IR xəbər portalı bu yazıda İnqilab Rəhbərinin çıxışlarına əsasən hər kəs üçün örnək ola biləcək Həzrət Rəsulullahın həyatının ən mühüm başlıqlarını nəzərdən keçirib.
09/09/2025
Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
01/09/2025
Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq. İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir. Həmrəzmane- Hüseyn, səh 333
01/09/2025
Əgər İmam Hadinin (əleyhissalam) bu səyləri olmasaydı, bu gün biz “Ziyarəti-Camiə”yə malik olmazdıq və o ziyarətdə olan özünə xas maarif şiələrin əlində çatmayacaqdı.
04/01/2025