KHAMENEI.IR
فارسی English Français Español Русский हिंदी Azəri العربية اردو

Jul, 26, 2026

besmellah
KHAMENEI.IR
  • Çıxışlar
    • Tam mətn
    • Mətndən çıxarış
    • Xəbərlər
    • Mesajlar
  • |
  • İslam maarifi
    • Quran
    • Məsumlar
    • Kitabxana
  • |
  • Şəri hökmlər
    • Risalə
  • |
  • Multimedia
    • Video
    • Foto
    • Plakatlar
  • |
  • Həyat tərzi
    • Ailə
    • Yeniyetmə və gənc
  • |
  • Digərləri
    • Təhlil
    • Ürək sözü
    • Müsahibə
  • |
  • Hacı Qasim
  • |
  • İsrailin məhvi
  • |
KHAMENEI.IR
    • Tam mətn
    • Mətndən çıxarış
    • Xəbərlər
    • Mesajlar
    • Quran
    • Məsumlar
    • Kitabxana
    • Risalə
    • Video
    • Foto
    • Plakatlar
    • Ailə
    • Yeniyetmə və gənc
    • Təhlil
    • Ürək sözü
    • Müsahibə
  • Hacı Qasim
  • İsrailin məhvi

Teglər: Dünya

Hansı müzakirə?

Müzakirəyə dəvət və müzakirədən bəhs etmək ictimai rəyi aldatmaq üçündür. Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, mənim fikrimcə, bu, dünyanın ictimai rəyini aldatmaqdır. Bunun mənası budur ki, biz müzakirə tərəfdarıyıq, müzakirə və sülh etmək istəyirik, dava-dalaş olmasın, amma İran müzakirə etmək istəmir. Yaxşı, İran niyə müzakirə etmək istəmir? Biz oturub bir neçə il müzakirə apardıq, bu şəxs tam şəkildə yekunlaşmış və imzalanmış müzakirəni danışıq masasından kənarlaşdırıb cırdı. Bu adamla necə müzakirə aparmaq olar?   Müzakirədə insan əmin olmalıdır ki, qarşı tərəf öhdəliklərinə əməl edəcək. Biləndə ki, əməl etməyəcək, hansı müzakirədən söz gedir?

05/10/2025

Ədalətlə olan sülh

“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.   Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.   Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006   Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987   Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006   Həzrət Ayətullah Xamenei

26/09/2025

Amerikanın əlindən çıxan miras: ABŞ-ın İran milləti ilə düşmənçiliyinin köklərinin İslam İnqilabından əvvəl və sonra araşdırılması

“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”

03/09/2025

Hegemonlar dünyanın taleyi ilə oynaya bilməzlər

Biz hegemoniyaya, hegemon quruluşa və bir neçə ölkənin dünyanın taleyinə hakim kəsilməsinə qəti şəkildə qarşıyıq, bununla mübarizə aparırıq və onların dünyanın taleyi ilə oynamasına imkan vermərik.

05/07/2025

Bu sənin bədəni qana boyanmış Hüseynindir

Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.

02/07/2025

Dünya Hüseyni məntiqə möhtacdır

Biz bu gün Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyac duyuruq. Zülmə, fəsada, alçaqlıq və rəzalətə düçar olmuş dünya Hüseynin təcəssüm etdirdiyi azadlıq və hürriyyət dəyərlərinə möhtacdır. Bu gün dünya xalqlarının, gənclərinin və qərəzsiz xalqların belə bir həqiqət üçün ürəkləri döyünür.

02/07/2025

Dünya sionistlərin qarşısında dayanmalıdır

Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.

15/05/2025

Dünya sionistlərin qarşısında dayanmalıdır

Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.

14/05/2025

İnqilabın beynəlxalq mesajı

İnqilabın ümumdünyəvi və beynəlxalq siması dünya səviyyəsində mənəvi mesajdan ibarətdir. 

11/02/2025

Bu gün İran qüdrəti ilə tanınır

Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.

30/08/2024

Fələstin – Ümumdünya bir məsələ

Bu gün Fələstin və Qəzza məsələsi ümumdünya bir məsələdir. Amerika konqresinin daxilindən ta Paris Olimpiadasına və bu minvalla hər yerə qədər bu məsələ yayılmışdır.

30/07/2024

Allah evinin zəvvarlarının vəzifəsi

Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir.

13/05/2024

Fələstinə kömək etmək hər kəsə şəri vacibdir; Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür.

25/09/2024

Çıxışlar
  • Tam mətn
  • Mətndən çıxarış
  • Xəbərlər
  • Mesajlar
İslam maarifi
  • Quran
  • Məsumlar
  • Kitabxana
Şəri hökmlər
  • Risalə
Multimedia
  • Video
  • Foto
  • Plakatlar
Həyat tərzi
  • Ailə
  • Yeniyetmə və gənc
Digərləri
  • Təhlil
  • Ürək sözü
  • Müsahibə
English
  • The Right Side of History Magazine, No. 23
  • O Aba Abdillah al-Hussain, I have brought you a special guest
  • The golden dome shelters the one who sheltered the nation
Français
  • Le magazine « Le Bon Côté de l'Histoire »
  • Cérémonie commémorative en l'honneur du Guide martyr de la Révolution islamique avec la participation d'ulémas et d'étudiants en sciences religieuses non-iraniens
  • Remerciements au peuple fidèle et cher de l'Irak, qui a orchestré cette procession funèbre grandiose
Español
  • El día que estuve contigo
  • La sepultura purificada del Líder mártir de la Revolución Islámica y de los mártires de su familia
  • Cortejo fúnebre del cuerpo purificado del Líder mártir de la Revolución Islámica en la ciudad santa de Mashhad
Русский
  • Послание великого лидера Исламской революции в связи с похоронами и погребением лидера-мученика Ирана
  • Полное видео церемонии совершения джаназа-намаза над пречистым телом лидера-мученика и телами мучеников его семьи в Мусалла им. Имама Хомейни
  • церемонии совершения джаназа-намаза над пречистым телом лидера-мученика и телами мучеников его семьи
हिंदी
  • इन्ना लिल्लाह, बेशक हम सिर्फ़ अल्लाह ही के लिए हैं।
  • मूल्यहीन, अविश्वसनीय
  • मूल्यहीन अमरीकी दस्तख़त
Azəri
  • İslam İnqilabı Rəhbərinin "İranın şəhid Ağası"nın vida və dəfn mərasimi münasibətilə müraciəti
  • Tehrandakı İmam Xomeyni müsəllasında mücahid şəhid İmamın və şəhid ailəsinin pak cənazəsinə qılınan cənazə namazının tam videosu
  • Mücahid şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei və şəhid ailəsinin pak cənazəsinə qılınan cənazə namazının
العربية
  • بين الذّهب والتراب..
  • إيران والعراق لا يُمكن الفراق
  • مراسم تكريم القائد الشهيد للثورة الإسلامية بحضور علماء وطلاب غير إيرانيين
اردو
  • انّا للّہ، ہم سب اللہ کی ملکیت ہیں
  • قم میں غیر ملکی طلباء کی جانب سے رہبر شہید کی مجلس ترحیم
  • شہید رہبر کی یاد میں غیر ایرانی علماء اور طلباء کی شرکت سے تعزیتی جلسے کا انعقاد

Khamenei.ir saytındakı bütün məzmun Creative Commons Attribution 4.0 International License lisenziyası altında yayımlanır.