Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkdi” və “İmranın qızı Məryəmi” Seyid Əli Xamenei 21.04.2010
31/12/2025
Milli müqavimət, yəni düşmənin bir xalqı təslim olmağa məcbur etmək üçün insan həyatının hansısa bir sahəsinə tətbiq etdiyi təzyiqə qarşı tab gətirmək deməkdir. Bu təzyiq hərbi təzyiq ola bilər, bu təzyiqin məqsədi həm də ərazi zəbt etmək də ola bilər, amerikalıların bəzi Latın Amerikası ölkələri ilə indi etdikləri kimi. Seyid Əli Xamenei 11.12.2025
31/12/2025
İranın raket sənayesinin banisi, şəhid general Həsən Tehrani Müqəddəmin şəhadət ildönümü münasibətilə KHAMENEI.IR mediası onun dəyərli həyat yoldaşı xanım İlham Heydəri ilə söhbət edərək bu görkəmli alimin fəaliyyət və həyatından bəzi məqamları nəql edir.
13/12/2025
Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm. Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır. Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir. Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.
12/11/2025
Tibb bacısı xəstənin mərhəmət mələyidir, bu, tamamilə həqiqi bir ifadədir və bunda heç bir mübaliğə yoxdur. Tibb bacısı, əslində, xəstənin dərd ortağı, onu oxşayan və ona aramlıq bəxş edən bir şəxsdir, bu, olduqca mühüm roldur. İslamda şəfqət, həmrəylik və mərhəmət əsas göstərişlərdəndir. Qurani-Kərim belə buyurur “Ruhəmau bəynəhum”, yəni onlar bir-birinə qarşı mehriban və mərhəmətlidirlər, Tibb bacıları bu iş üçün həm özlərini, həm də ruhiyyələrini hazırlayırlar. Yorulurlar da, çünki bu iş çox yorucudur, lakin buna baxmayaraq dözürlər. Bu, İslamın ən mühüm dəyərlərindən və tövsiyələrindən biridir. Həqiqətən də, bir insanın ağrısını azaltmaq üçün göstərilən səy insan həyatının ən gözəl mənzərələrindən biridir. Fədakar Qəzza tibb bacılarına ithaf olunur. 20.12.2020
28/10/2025
Müzakirəyə dəvət və müzakirədən bəhs etmək ictimai rəyi aldatmaq üçündür. Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, mənim fikrimcə, bu, dünyanın ictimai rəyini aldatmaqdır. Bunun mənası budur ki, biz müzakirə tərəfdarıyıq, müzakirə və sülh etmək istəyirik, dava-dalaş olmasın, amma İran müzakirə etmək istəmir. Yaxşı, İran niyə müzakirə etmək istəmir? Biz oturub bir neçə il müzakirə apardıq, bu şəxs tam şəkildə yekunlaşmış və imzalanmış müzakirəni danışıq masasından kənarlaşdırıb cırdı. Bu adamla necə müzakirə aparmaq olar? Müzakirədə insan əmin olmalıdır ki, qarşı tərəf öhdəliklərinə əməl edəcək. Biləndə ki, əməl etməyəcək, hansı müzakirədən söz gedir?
05/10/2025
Sionist rejimin Qəzza xalqına qarşı törətdiyi vəhşi və amansız hərəkət yalnız həmin rejimin deyil, Amerikanın da abrını apardı. Həmçinin tanınmış Avropa ölkələrinin, hətta Qərb sivilizasiyası və mədəniyyətinin də abrını apardı. 29.11.2023
01/10/2025
“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik. Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür. Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006 Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987 Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006 Həzrət Ayətullah Xamenei
24/09/2025
Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub. Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər.
16/08/2025
İnqilab Rəhbəri 26.07.2000-ci il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu. Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi, Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi. Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu: Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi. Daha sonra bu hissəyə gəlib yetişir: Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.
06/07/2025
“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.
24/06/2025