Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İnqilabın Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı tətbiq olunmuş birinci müharibənin ilk günlərinin ildönümü və İran xalqının səkkizillik, unudulmaz Müqəddəs Müdafiə günləri münasibətilə yayımladığı müraciətində dünya hegemonlarının İnqilabın ilk onilliyində müharibəni İrana tətbiq etməklə ölkəni gerilik, zillət və xarlıq, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğuladı: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha qüdrətli və daha güclü şəkildə, daha gur səslə və daha uca qanad çalaraq, Simurq quşu kimi yenidən ucaldı. Bu, sonrakı düşmənlərin yaratdığı hadisələr zamanı da həmin sistemin dəyişməz xüsusiyyətinə çevrildi. İndi isə həmin Simurq düşmənin, xüsusilə də son iki tətbiq olunmuş müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi, hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman sərkərdəsi və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü yad edərək, Livan Hizbullahının baş katibi cənab Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin müqavimətini və Aşura ruhiyyəli mübarizəsini yüksək qiymətləndirərək qeyd etdi: Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əzəmətli və qürurverici, sionist düşmənin qarşısında isə ümidlərini dünya hegemonlarına və öz bədxahlarının yalan vədlərinə bağlayanlar üçün zillət gətirən və nəhayət, onları rüsvay edən günlərdir. İnqilabın Ali Rəhbərinin müraciətinin mətni belədir:
28/09/2026
Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun.
28/02/2025
Şəhid olduğumuz zaman qələbə həyata keçir. Allahla və daha aramızda olmayan şəhidlərlə görüşmək şövq və həsrətindən bu dünya mənə daralıb." Tehran cümə namazındakı çıxışdan: "Əzizlərim, vəfalı Livan xalqı, Hizbullah və Əməlin coşqulu gəncləri! Hamımız əziz seyidin şəhadətə yetişməsinə görə müsibətə düçar olmuşuq və yas içindəyik. Əlbəttə, yasımız ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik mənasında deyil, Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin yasına bənzər bir yasdır. Hizbullah, həqiqətən, "Pak ağac"dır. Hizbullah və onun qəhrəman və şəhid rəhbəri Livanın tarixi və kimlik fəzilətlərinin xülasəsidir. Hizbullah və şəhid seyid Qəzzanı müdafiə etmək və Məscidül-Əqsanın müdafiəsi uğrunda cihad apararaq bütün bölgəyə və bütün İslam aləminə həyati bir xidmət yolunda addım atdılar. Allahın salamı şəhid rəhbər Nəsrullahın üzərinə olsun...
27/02/2025
Düşmən bunu bilsin ki, müqavimət işğal, zülm və imperializmin müqabilində sona çatan deyil və Allahın izni ilə, hədəfə çatana qədər davam edəcəkdir.
23/02/2025
Əgər şəhid Seyid Həsən Nasrullah kimi cihadı, ağlı, şücaəti və fədakarlığı bir araya gətirib ortaya qoyan böyük şəxsiyyətlər tapılmasaydı, hərəkət bir cür olardı, indi ki belə şəxsiyyətlər ortaya çıxdılar, başqa cür olacaq.
23/02/2025
Seyid Həsən Nəsrullah on illər boyu Allah yolundakı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanında qazandı. O, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini, viran edilmiş evlərini və qətliam olmuş əzizlərini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etdiyi halda şəhid oldu.
23/02/2025
Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində yaşayan sığınacağı olmayan insanları müdafiə etməklə məşğul olarkən şəhid oldu. Necə ki, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etmişdir.
23/02/2025
Fərqli ölkələrdən, o cümlədən Livan, İraq, İran və digər ölkələrdən olan şiə əzadarlıq heyətlərinin Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin pak cənazələrinin dəfn mərasimindən öncə Beyrutun Zahiyə bölgəsində yerləşən əza evindəki əzadarlıq heyətlərinin məclisləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin dəfn mərasiminə yaxın günlərdə Beyrutun ab-havasını əks etdirən görüntüləri KHAMENEI.IR saytının Azərbaycan bölməsindən izləyə bilərsiniz.
22/02/2025
Seyid Həsən Nəsrullah on illər boyu Allah yolundakı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanında qazandı. O, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini, viran edilmiş evlərini və qətliam olmuş əzizlərini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etdiyi halda şəhid oldu.
22/02/2025
Dünyada Seyid Həsən Nəsrullah həddində neçə dənə böyük şəxsiyyətimiz var? O, Hizbullah sıralarından getdi. Düşmən və dost düşünürdülər ki, Hizbullah işi sona çatdı, amma bəzi hallarda Hizbullahın ruhiyyəsi daha da artdı və sionist rejim müqabilində durmağı bacardı.
29/01/2025
Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir.
19/12/2024
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
17/12/2024