19 Fevral cümə axşamı müqəddəs Ramazan ayının birinci günüdür.
18/02/2026
Allah-təala Ramazan ayını möminlər üçün bir yarış meydanı qərar vermişdir ki, onlar itaət vasitəsilə Allahın razılığına yaxınlaşsınlar.
19/03/2025
Özünəinamı, imanı, əməl etməyi, habelə tənbəlliyə, səhlənkarlığa, yorğunluğa və usanmağa təslim olmamağı unutmayaq. Bunlar Ramazan ayının dərsləridir.
09/03/2025
Ramazan ayının bərəkətlərindən biri də bu ayda nəql olunmuş dualardır. Bu dualar bizə Allahla necə danışmağı, ondan kömək diləməyi və ona diqqəti öyrədir.
08/03/2025
Ramazan ayı ucalma və meraca yüksəlmə ayıdır; o, təzkiyə və saflaşma ayıdır.
05/03/2025
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.
09/04/2024
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.
04/04/2024
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.
03/04/2024
Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.
01/04/2024
Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.
01/04/2024
Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
29/03/2024
İlin günləri və ayları arasında Ramazan ayının gecə və gündüzü namaz vaxtlarının hökmünü daşıyır. Necə ki, ibadət saatları gün ərzində bir anlıq maddi əsarətdən çıxmaq üçündür, Ramazan ayı da bir il ərzində bir aylıq uzun-uzadı riyazət fürsətdir ki, nəfs maddi amillərdən xilas olsun, nəfəs çəksin və nuraniyyət tapa bilsin.
24/03/2024