Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm. Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır. Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir. Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.
12/11/2025
Elmi və texnoloji sahələrin bütün bölmələrində irəliləyişin sürətləndirilməsi elmi cəhətdən seçilmiş olan alimlərin məsuliyyət dairəsindədir. Ölkə və millətin izzət və abırını qorumaq tribun və qələm sahiblərinin qeydsiz-şərtsiz vəzifəsidir. Ölkənin milli təhlükəsizlik və müstəqilliyini qoruyan vasitələrlə daim təchiz olunması hərbi komandanların vəzifəsidir. İşlərin ciddi və ardıcıl şəkildə aparılması və nəticəyə çatdırılması icraedici qurumların məsuliyyətidir. Xalqın qəlbini mənəvi olaraq nurlandırmaq, səbir, asayiş və sabitliyə təşviq etmək isə hörmətli ruhanilərin vəzifəsidir. İnqilabi coşqu, şövq və şüurun qorunması isə hər birimizin, xüsusilə də gənclərin vəzifəsidir.
25/07/2025
Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.
21/06/2025
Mən bu acı hadisədə həyatını itirənlərə Allahdan rəhmət və bağışlanmaq, onların müsibətə düçar olmuş ailələrinə səbir və ruhi aramlıq, yaralananlara isə tezliklə şəfa diləyirəm. Eyni zamanda ehtiyac anında yaralılara qan verməyə hazır olan fədakar insanlara səmimi qəlbdən təşəkkür edirəm.
27/04/2025
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Təbəsdə mədənin partlaması ilə bağlı kədərli hadisə və bir neçə işçinin dünyasını dəyişməsi münasibətilə dağ görmüş ailələrə başsağlığı mesajı ilə yanaşı işçilərə yardım üçün maksimum səy göstərilməsinin vacibliyini vurğulayıb.
22/09/2024
Bu əzizi itirdikdən sonra gördüm, demək olar ki, bütün qəzetlər, bütün mətbuat virtual məkanda müxtəlif cərəyanlardan olan müxtəlif insanlar onun xidmətlərindən, gecə-gündüz tanımadan etdiyi fəaliyyətlərdən danışırlar. onun işini təqdir edirlər və tərifləyirlər. Ürəyim yandı. Ürəyim Rəisinin halına yandı.
24/06/2024
Millətimiz, əlhəmdulillah, dayanıqlı və ayıqdır və bizim Allah-təalaya etimad və təvəkkülümüz çoxdur. İnşallah, İran milləti bu hadisədən bəhrə əldə edəcəkdir.
09/06/2024
Xidmət yolunun şəhidlərinin —höccətül-İslam, vəl-müslimin Rəisi, cənab doktor Əmir Abdullahian, Təbrizin imam-cüməsi höccətül-İslam vəl-müslimin Ali Haşim, Şərqi Azərbaycan əyalətinin meri cənab doktor Malik Rəhməti, Prezidentin Xüsusi Mühafizə Bölməsinin komandiri General Seyid Mehdi Musəvi, uçuş ekipajından isə ikinci briqada pilotu Seyid Tahir Müstəfəvi, ikinci briqada pilotu Möhsün Dəryanuş və Polkovnik-Leytenant Bəhruz Qədiminin anım mərasimləri 25.05.2024-cü il tarixdə şənbə günü İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbərinin iştirakı ilə təşkil olundu.
26/05/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 25.05.2024-cü il tarixdə şənbə günü xidmət şəhidləri ailələri ilə görüşdə xalqın üçün iş görməyi, xalqa xidmət göstərməyi və xalq içində olmağı bu şəhidlərin ən bariz səciyyəsi olaraq qiymətləndirdi və belə buyurdu:
25/05/2024
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 25.05.2024-cü il tarixdə şənbə günü xidmət şəhidləri ailələri ilə görüşdə xalqın üçün iş görməyi, xalqa xidmət göstərməyi və xalq içində olmağı bu şəhidlərin ən bariz səciyyəsi olaraq qiymətləndirdi
25/05/2024