Bu il Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təşkil olunan mərasimdə Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Təbatəbai "İman cəbhəsinin imtahan və sınaqlarla qarşılaşma üslubu" mövzusunda çıxış edərək haqq cəbhəsindəki müsibətlərin mənəvi yüksəlişə zəmin yaratdığını bildirdi və dedi:
İlahi ümumi plana əsasən, bütün insanlar fərdi və ictimai həyatlarında müxtəlif sınaq və imtahanlarla üzləşirlər ki, onların dindarlıq səviyyəsi müəyyən olsun. Bu çərçivədə Həzrət Əba Əbdillahın (ə) Aşurası din və insanlığın zirvəsində parlayır. Çünki o Həzrətin səhabələri müxtəlif sınaqlarla qarşılaşarkən səbir və bəsirətlə davranmışdılar.
Həmçinin Seyid Məcid Bəni-Fatimə Həzrət Əba Əbdillahın (əleyhissalam) və Kərbəla şəhidlərinin müsibətlərini yad etdi, İslam İnqilabının şəhid Rəhbərinin və ikinci və üçüncü Müqəddəs Müdafiə şəhidlərinin xatirəsinə növhələr oxudu.
22/06/2026










































