Bu görüşdə cənab Sudani İnqilab Rəhbərinə xitab edərək dedi:
"Bu təəssüfləndirici vəziyyətdə mən İraq hökumətinin və xalqının hüzn və kədərini İran hökumətinə və xalqına başsağlığı vermək üçün sizin hüzurunuza gəldim. İranın şəhid prezidenti cənab Rəisidən gördüklərimiz sədaqət, ixlas, paklıq, iş, çalışmaq və xalqa xidmətdən başqa bir şey deyildi".
İraqın baş naziri həmçinin İranın şəhid prezidentinin dəfn mərasimində milyonlarla insanın iştirakına işarə edərək belə dedi:
"Bu gün televiziyada müşahidə etdiyim görüntülərdə aydın mesajlar var idi ki, onların ən mühümü bütün təzyiqlərə və sanksiyalara və bu xoşagəlməz hadisəyə baxmayaraq İslam Respublikasında xalq və hakimiyyət arasında möhkəm və dərin münasibətlərin olmasıdır".
Cənab Sudani təkidlə vurğuladı:
"Dəfn mərasimində milyonlarla insanın iştirakının başqa bir mesajı da budur ki, insanlara xidmət göstərilməlidir və bu möhtəşəm dəfn mərasimində xalqın iştirakı onlara xidmətin nəticəsidir və bu dərs İraqda da bizim gözümüzün önündə sərlövhə olmalıdır".
Bu görüşdə Ayətullah Xamenei İraq baş nazirinin başsağlığı vermək üçün Tehrana səfərini yüksək qiymətləndirərək buyurdu:
"Biz böyük şəxsiyyəti itirmişik. Cənab Prezident çox yaxşı qardaş, hərtərəfli işləyən və bacarıqlı, səmimi və ciddi bir məsul şəxs idi".
İnqilab Rəhbəri sözlərinə belə əlavə etdi:
"İndi cənab Müxbir konstitusiyaya əsasən ağır bir məsuliyyəti öz üzərinə götürüb və inşallah, İraq hökuməti ilə həminki əməkdaşlıq və razılaşma yolu davam edəcəkdir".
22/05/2024