Avropa İttifaqı Qəzzadakı soyqırıma dəstək verib. Avropa İttifaqına üzv olan ölkələrin hər biri hələ də sionist rejimlə əlaqələrini davam etdirir. Onların hamısı hələ də sionist rejimlə futbol yarışları keçirir. Dünya xalqlarının təəccüblənməyə haqqı var ki, onlar necə Qəzzada olan soyqırımı məhkum etmirlər, bir halda ki, hamımız bunu mobil telefonlarımızın ekranlarında görürdük! Nə üçün sadəcə həqiqəti demək və ədalətin, insanlığın yanında dayanmaq istəmədilər?
Onların soyqırımını öz gözləri ilə görə-görə yenə də sionist rejimi dəstəkləmələrinin səbəbi budur ki, onlar hələ də irqçi baxışlara malikdirlər, islamofobiyadan əziyyət çəkirlər və hələ də müstəmləkəçi məskunlaşdırma layihəsini dəstəkləməyə hazırdırlar. Amma dünya dəyişməkdədir.
Xüsusilə Qəzzadakı soyqırımdan sonra artıq heç nə əvvəlki kimi olmayacaq. Dünya xalqları dəhşətə gəlib və sarsılıb, onlar yavaş-yavaş anlayırlar ki, səriştəli müstəmləkəçilər və Avropa ilə Şimali Amerikanın siyasətçiləri bütün bu illər ərzində nə düşünür və nə edirmişlər. ABŞ bütün dünyada hərbi gücünə söykənərək istismar, talan və qarətlə məşğul olub.
Döyüş meydanında qələbə qazana bilməyəndə isə başqa üsullara əl atıblar. Hətta bir çoxlarının sivil ölkə hesab etdiyi Fransa da Afrikada üsyançı qrupları məğlub edə bilməyəndə soyqırımına əl atıb. Son bir-iki ildə öyrəndiyimiz ən mühüm dərs müqavimətin əhəmiyyətidir. Müqavimət həyat deməkdir. İran 1357-ci ildən (1979-cu ildən) etibarən Qərb imperializminə qarşı müqavimət göstərməyə məcbur olub.
Elə həmin vaxtdan etibarən də Qərbin əsas siyasətçiləri və media cərəyanı qurumları İran haqqında yalanlar yayaraq onun şeytanlaşdırılmış obrazını yaratmağa çalışıblar. Bu, İran xalqına göstərilən böyük ehtiramın ifadəsidir ki, onlar bütün bu illər ərzində üzləşdikləri hücumlara baxmayaraq ayaqda qalmağı bacarıblar. İqtisadi sanksiyalardan və mühasirələrdən tutmuş terror hücumlarına, cəmiyyətə nüfuz cəhdlərinə və indi də ABŞ ilə sionist rejimin son hücumlarınadək, bütün bunlara baxmayaraq İran hələ də möhkəm dayanır. 1979-cu il inqilabından qısa müddət sonra onlar İraqı və Səddamı dəstəklədilər, ona kimyəvi silahlar verdilər və istədiyi hər cür silahla təmin etdilər.
Səddam avropalıların, amerikalıların və Fars körfəzi ölkələrinin dəstəyindən yararlanırdı, amma İran məğlub olmadı. Qərbin köməyi və dəstəyi ilə sionist rejim Qəzzanı xarabalığa çevirib, lakin hələ də HƏMAS-I məğlub edə bilməyib, HƏMAS-ın müqavimət göstərmək haqqı var, eyni şəkildə Livandakı Hizbullahın da müqavimət göstərmək haqqı var. Sionizmə və Qərb imperializminə qarşı mübarizə bütün dünyada insanlıq naminə aparılan mübarizədir.
Bu gün dünyanın bir çox insanı İranın (dayanıqlığının) gözəlliyini tərifləyir, çünki o, sionist rejim və ABŞ qarşısında möhkəm dayanıb. Sionizm öz ömrünün sonuna çatıb. Sionizm son bir neçə ildə baş verənlərdən salamat çıxa bilməyəcək. Həqiqət və ədalət qalib gələcək və üstün olacaq.
14/06/2026