Amerika Prezidenti açıq şəkildə bəyan edir ki, bu gün onların məqsədi “güc vasitəsilə sülh” yaratmaqdır. “Güc vasitəsilə sülh”, yəni ağlı, məntiqi, dialoqu və qarşılıqlı anlaşmanı bir kənara qoyaraq, vəhşiliyə, insan qətlinə və cinayətə arxalanmaq. Bu, Həzrət İmamın başlatdığı hərəkatın nailiyyətidir və şəhid Rəhbərimiz də həmin yolu uzaqgörənlik və müdrikliklə davam etdirdi.
Nəticədə bu gün bizim düşmənimiz və bəşəriyyətin düşməni öz mahiyyətini açıq şəkildə ortaya qoyur. Artıq düşmənin mahiyyətini tanımaq üçün uzun araşdırma aparmağa ehtiyac yoxdur və hansı tərəfdə dayanmalı olduğumuzu anlamaq üçün hər şey aydındır. Çünki həmin tərəf tarixin doğru tərəfidir.
Bu gün şəhid İmamın və şəhid Rəhbərin qanından doğan nur Bütün dünyaya yayılır və onun işığı dünyanın hər yerini əhatə edir. Daha tarixin doğru tərəfi aydın görünür və hər kəs bunu açıq şəkildə müşahidə edir. Buna görə də bu qısa vaxtda, bu müqəddəs məkanda və bu dəyərli toplantıda vurğulamaq istədiyim əsas məqam budur ki, biz İran xalqı şəhid Rəhbərimizin rəhbərliyi altında İran və dünya tarixində parlaq bir səhifə yaza bildik.
ABŞ və sionist rejimin vəhşiliyinə qarşı göstərdiyimiz müqavimətlə Tramp və Netanyahunun başçılıq etdiyi bu cəbhə qarşısında dünyaya göstərdik ki, əgər doğru yolda dayansaq, dünyanın ən güclü ordusunu belə məğlubiyyətə uğrada bilərik. Bu gün biz Amerikanı məğlub etdiyimiz üçün qürur duyuruq. Amerika bu gün məğlub olub. Tramp hələ də öz vəhşi siyasətini davam etdirsə də, Məhz bu davranışlar onun uğursuzluğunun və məğlubiyyətinin göstəricisidir.
Hətta ABŞ-ın öz daxilində belə düşüncəli və nüfuzlu şəxslər Amerikanın strategiyasının və İran xalqı ilə qarşıdurma siyasətinin uğursuzluğunu etiraf edir, və bunu açıq şəkildə dilə gətirirlər. Şəhid Rəhbərimizdən bizə miras qalan bu doğru yol, bu nurani hərəkat və bu parlaq həyat yolu İran xalqı üçün qiymətli, dəyərli və qalıcı bir sərvət olaraq qalacaqdır. Bu miras gələcək dövrlərdə də digər xalqlara yol göstərəcək və onlara düzgün istiqaməti tanıtmağa davam edəcəkdir.
12/06/2026