Klip

Təhqirdən tarix yazmağa qədər: Şəhid Rəhbərinin qanı ilə yenidən dirçələn bir millət

İlk növbədə şəhid Rəhbərimiz Həzrət Ayətullah əl-Üzma İmam Xameneinin uca məqamına hörmət və dərin ehtiramımızı ifadə etməliyik. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd. Əziz qardaşım cənab Amilinin də qeyd etdiyi kimi uzun illər boyu İran xalqı və bu nurani yolun aşiqləri Buraya, yəni onun yaşayış və fəaliyyət məkanı olan bu yerə gələr, onun hüzurundan bəhrələnərdilər. Bu məkan xalqımız və dünyanın bütün azad ruhiyyəli insanlarının hörmət və ehtiram qoyduğu məkanı idi. Lakin Amerikanın terrorçu prezidenti və sionist rejimin 28 fevralda hücumu ilə əziz rəhbərimizin şəhadəti nəticəsində bu məkanı müqəddəs torpağa çevirdilər. Bu gün biz bu müqəddəs məkanda həm nurun, həm də qaranlığın təcəllisini görürük. Bir tərəfdə Amerikada hakim olan sistemin və sionist rejimin cinayət və vəhşiliyinin çirkin siması, Digər tərəfdə isə böyük bir millətin ruhu, coşqusu, hərəkəti və dirçəlişi. Elə bir millət ki, bu müqəddəs qan sayəsində yeni bir həyat tapdı və tarix yazmağa müvəffəq oldu Biz illərlə, hətta onilliklərlə, hətta əsrlərlə təhqirə məruz qaldıq. Çünki İranda hakimiyyətdə olmuş bəzi hökumətlər bu xalqa zillət və təhqirdən başqa bir şey gətirməmişdilər. Məhz buna görə həmişə keçmişimizlə fəxr edir, tarixdə bu xalqın zirvədə olduğu parlaq məqamları axtarırdıq. Amma bu gün bu xalq fəxr edir ki, bu rəhbərliyin və bu şəhid rəhbərin qanı sayəsində Özü iftixar yaradan, özü tarix yazan bir xalqa çevrilib. Bu gün xalqımız İran üçün, İslam üçün, dünya və bütün azad insanlar üçün qalıcı bir iftixar yaratmaqdadır. Haqq yolunda iradəli, möhkəm, qətiyyətli, imanlı və sarsılmaz bir millət bütün qaranlıqların, bütün cinayətlərin və bütün vəhşiliklərin qarşısında dayanmışdır.

12/06/2026

icon cover video