Üzr istəyirəm ki, farsca danışa bilmirəm. Hətta ingiliscə də çətinliklə danışıram. Bu, mənim üçün böyük bir şərəfdir; yəqin ki, layiq olmadığım bir şərəf. Düşünmürəm ki, xüsusi bir iş görmüşəm. İrlandiya parlamentində, Avropa Parlamentində və ümumiyyətlə ictimai fəaliyyətim dövründə məni başqalarından ərqləndirən yeganə cəhət budur ki, Biz həqiqəti deməkdən qorxmuruq. Halbuki həqiqəti demək çətin deyil; çünki yalan danışmaq istəsəniz, onu qurmalı və uydurmalısınız. Biz bütün həyatımız boyu müharibəyə qarşı olmuşuq və dəyişiklik yaratmaq üçün əlimizdən gələn hər şeyi etməyə həmişə hazır olmuşuq. Bəzi insanlar dünyada baş verənləri anlamaq üçün televizora baxır və ya qəzet oxuyurlar. Amma bu gün harada dayandığımızı bilmək istəyirsinizsə, tarixi oxumalısınız.
Əgər haradan gəldiyimizi bilmirsinizsə, nə olduğunuz yeri düzgün dərk edə, nə də özünüzü tanıya bilərsiniz. Tarix bizə öyrədib ki, Qərb müstəmləkəçiliyi və imperializmi Yüz illər boyunca zorakılıq və amansızlıqla müşayiət olunub. Bu hadisələr 7 oktyabrda başlamayıb. Qərb dövlətləri uzun illər ərzində çoxsaylı soyqırımları törədiblər. Yeganə fərq ondadır ki, biz onları mobil telefonlarımızın ekranlarında görmürdük.
Qərb dövlətləri, xüsusilə də ABŞ, heç vaxt beynəlxalq hüquqa həqiqi maraq göstərməyib, beynəlxalq qurumlardan yalnız öz maraqlarını irəli aparmaq üçün istifadə edib. Təəssüf ki, avropalılar da bu sahədə məyusedici mövqe nümayiş etdiriblər. Onlar uzun illər müstəmləkəçi olsalar da, biz düşünmək istəyirdik ki, tədricən daha yaxşı davranmağa başlayıblar. Amma indi həqiqətlər üzə çıxıb və pərdələr kənara çəkilib, görürük ki, onlar da amerikalılardan heç də geri qalmırlar.
Cəmi üç il əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Parlamentində demişdi: “Avropa bir bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir.” Avropalılar özlərini sivil hesab etməyi xoşlayırlar, özlərindən başqa hər kəsi isə barbar və vəhşi kimi görürlər. Onların irqçiliyi ağ irqin üstünlüyünə inamla birbaşa bağlıdır və müstəmləkəçi təfəkkürləri hələ də aradan qalxmayıb.
Avropa xalqlarının böyük əksəriyyəti Fələstin məsələsinə rəğbət və həmrəylik göstərsə də, siyasətçilərin 90 faizi sionizmin tərəfində dayanıb və əsli media da eyni mövqeni tutub. Mən Avropa Parlamentində dəfələrlə liberal deputatların İranda qadınların vəziyyəti ilə bağlı etiraz etdiklərini, qadınların niyə hicab taxmalı olduqlarını sorğuladıqlarını eşitmişəm. Lakin sionist rejim Qəzzada 20 min müsəlman fələstinli qadını qətlə yetirəndə onlar susmağa üstünlük verdilər.
10/06/2026